Novruz adlı satış sərgisi keçiriləcəkdir -

“Novruz” adlı satış sərgisi keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 5 mart 2016-cı ildə “Novruz” adlı satış sərgisi keçiriləcəkdir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Muzey Sərgi Kompleksinin təşəbbüsü ilə həyata keçirilir.
Sərginin məqsədi Azərbaycanın Milli bayramı-Novruz Bayramının atributlarını, o cümlədən, ölkəmizin sənətkarlıq ənənələrini əks etdirən original əl işlərini ilk dəfə nümayiş etdirməkdən ibarətdir.
Artıq ikinci dəfədir ki, təşkil olunan “Novruz” sərgisində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyyəti əl işlərini nümayiş etdirəcəklər. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və texnikaları əhatə edir.
Hər bir tələbə və gənc rəssam öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq nümayiş üçün ən parlaq naliyyətlərini, original əl işlərini nümayiş etdirən əsərlər təqdim ediblər. Sərgilənən əsərlər keramika, şüşə, zərgərlik, rəngkarlıq, qrafika, xalça, qobelen, batika və digər müxtəlif sahələri əhatə edir.
Sərgidə ilk növbədə ekspozisiya ilə tanışlıq, tədbirin hazırlıq prosesslərini əks etdirən qısametrajlı film, simvolik olaraq Yanar dağda alovlanmış məşəlin ADRA-ya gətirilməsi , xına ilə body art təqdim olunacaqdır.
Sərginin keçirilməsində məqsəd yalnız xeyriyyə satış xarakteri daşıması deyil, eyni zamanda qədim tarixi köklərə və zəngin ənənələrə malik olan Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir forma-biçimdə inkişaf prosesinin sənətsevərlərə təqdim olunmasıdır.
Sərgidə nümayiş olunan əsərlərin ümumi sayı 200-ə yaxındır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 18 mart 2016-cı il saat 19:00-dək davam edəcəkdir.
Qeyd edək ki, sərgi qeyd olunmuş tarixlər arasında hər gün saat 11:00-dan 20:00-dək sərgisevərlərin ixtiyarındadır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !