Meksikanın səfiri ADU-da oldu -

Meksikanın səfiri ADU-da oldu

Fevralın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul etdi. O, səfiri universitetdə görməkdən məmnun olduğunu söylədi. Universitet haqqında məlumat verən professor Dünyamin Yunusov ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə 22 dilin tədris olunduğunu bildirdi. Professor Dünyamin Yunusov ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetdə mövcud olan dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında məlumat verdi. O, görüşdə ADU-nun dünyanın bir çox ölkələrinin universitetləri ilə əlaqələrindən də danışdı. Universitetin İnformasiya Resurs Kompleksinin fəaliyyətindən söz açan professor Dünyamin Yunusov on mindən artıq kitabları olan kompleksdən yalnız ADU heyətinin deyil, maraqlanan hər bir şəxsin yararlana biləcəyini vurğuladı. ADU-nun elmi fəaliyyəti haqqında danışan professor Elmi hissə tərəfindən nəşr olunan “Dil və ədəbiyyat”, “Elmi xəbərlər”, “Beynəlxalq münasibətlərin aktual problemləri” adlı jurnallarla qonağı tanış etdi.
Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ADU-da olmaqdan şad olduğunu bildirdi. O, təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Meksika arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını qeyd etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.
Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış oldu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !