Xalq rəssamı Ağaəli İbrahimov ADU-da oldu -

Xalq rəssamı Ağaəli İbrahimov ADU-da oldu

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Rəssamlar klubu”-nun təşkilatçılığı ilə xalq rəssamı Ağaəli İbrahimovla görüş keçirildi. Tələbələrlə görüşən rəssam onların əl işlərinə baxdı, qiymətləndirmə etdi və öz fikirlərini bildirdi.
Sonda xalq rəssamı Ağaəli İbrahimov peşəkar rəssam kimi formalaşmağın yolları haqqında öz tövsiyələrini klub üzvləri ilə bölüşdü.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !