"Azərbaycan abidələri" adlı foto-sərginin açılışı olmuşdur - FOTO

"Azərbaycan abidələri" adlı foto-sərginin açılışı olmuşdur FOTO

27 fevral 2016-cı il tarixdə Natavan Qalereyasının sərgi salonunda Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan abidələri" adlı foto-sərginin açılışı olmuşdur. Sərgidə Azərbaycanın müxtəlif regionlarından gənc fotoqraflar qoşulmuşlar. Fotoqraflardan Elvin Eldaroğlu, Vüsalə Rəhimova, İsmayıl İsmayılov, Məhbarə Abbasova və s. gənclərin fotoları ekspozisiya daxil edilmişdir. Ekspozisiyada Azərbaycan ərazisində yerləşən tarixi və müasir memarlıq abidələrini əks etdirən 30 foto nümayiş etdirilir.
Layihənin rəhbəri Vəliyeva Könüldür.
Sərginin keçirilməsində məqsəd Azərbaycanın ən qədim, sirli və bəşəri dəyərə malik olan abidələrinin qlobal miqyasda təbliğ etməkdən ibarətdir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !