BSU-da Xocalı soyqırımına həsr edilmiş sərgi keçirilib -

BSU-da Xocalı soyqırımına həsr edilmiş sərgi keçirilib

Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib. Universitetin Viktor Hüqo adına Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə baş tutan növbəti anım mərasimində fransız rəssamı RenoVinsent Baltzingerin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sərgidə soyqırım hadisələrinin bütün gerçəkliklərini özündə əks etdirən 21 rəsm əsəri nümayiş olunub.
Reno Vintes Baltzinger sərgi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Rəssamın sözlərinə görə, onun Xocalı soyqırımına dair rəsm əsərlərini ərsəyə gətirməsinə səbəb Fransanın Azərbaycandakı səfirliyində mədəniyyət işləri üzrə müşavir kimi çalışmış mərhum qardaşının vəsiyyəti olub.

Bakı Slavayan Universitetinin Filologiya və jurnalistika fakültəsinin dekanı Zenfira Vəliyeva Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıb, gəncləri daim vətənə xidmətə və sevgiyə səsləyib.
Tədbir Xocalı faciəsinə həsr edilmiş bədii kompazisiya təqdim edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !