Masallı rayon mədəniyyət evində Xocalı qurbanları "Yurdu dağılacaq yurd dağıdanın" adlı pyesi ilə anılıb - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayon mədəniyyət evində Xocalı qurbanları "Yurdu dağılacaq yurd dağıdanın" adlı pyesi ilə anılıb FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayon Mədəniyyət Evində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tamaşa göstərilmişdir. Onlar "Yurdu dağılacaq yurd dağıdanın" adlı pyesi ilə anılıb. Qeyd edək ki, "Yurdu dağılacaq yurd dağıdanın" ədəbi-bədii kompozisiya Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayon Xalq Teatrı aktyorlarının ifasında tamaşaçılara təqdim olunmuşdur.
"Yurdu dağılacaq yurd dağıdanın" ədəbi-bədii kompozisiyanın müəllifi tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Masallı Xalq teatrının istedadlı aktyoru Cəmaləddi Əliyevdir. Rolları Aybəniz Həsənova, Fəxriyyə Mirverdi qızı, Qardaşəli Bədəlov, Rövşən Muxtarlı, Ruhil Alıkişiyev, Elmira Ağazadə, Məhəmməd Kərimli, Ziya Əhədzadə, İbrahim İbrahimov ifa etmişlər.
Masallı RİH Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəliıova və rayon Mədəniyyət şöbəsinin müdiri Lətifə Mövsümova tamaşada iştirak etmiş, səhnədə, tamaşaçılar qarşısında yaxşı ifalarına görə aktyorlara minnətdarlıq etmişlər.


AZpress.AZ -
MÜXBİR
Əlihüseyn ŞÜKÜROV.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !