Binəqədi rayonunda Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Binəqədi rayonunda Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov)

2016-cı il fevralın 23-də Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Bələdiyyəsi tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi.
Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verildi. Sakinlərin problemləri dinlənildi, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirildi.
Xocalı soyqırımında həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək erməni qəsbkarlarının törətdiyi bu soyqırıma məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğuladılar. Xocalılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !