Məzahir Süleymanzadə : - Mən balaca şəhidəm, anamın qucağında

Məzahir Süleymanzadə : Mən balaca şəhidəm, anamın qucağında

 

 

 Mən balaca şəhidəm, anamın qucağında,
Hələ də közərirəm Xocalı ocağında...


Ya Allah, deyib hərdən, ətrafa boylanıram,
Yenə ocağa düşüb, alışıram, yanıram...


Anam da daşa dönüb, fəryad çəkmir, ağlamır,
Elə əlində tutub, heç məni qucaqlamır...


Amma yaxşı duyuram, mən onun nəfəsini,
Hardansa, uzaqlardan eşidirəm səsini...


Ana səsi olsa da, layla deyil, nalədir,
Yüksəklikdən tökülən, bir şaqraq şəlalədir...


Bu səs nəyimə gərək, mən layla istəyirəm,
Yuxu getmir gözümə, illərdir gözləyirəm...


Qulağımda gurlayır, top səsi, tüfəng səsi,
Bu hay - küyə qarışır "Qarabağ şikəstəsi"...


Ölməmişəm, amma dönmüşəm daşa,
Bir az bənizim solub, bir az dolmuşam yaşa...


Daha uşaq deyiləm, indi əskər yaşdayam,
Xocalım yad əlində, mən isə savaşdayam...


Anamın qucağından alın, düşürdün məni,
Həm anamı qoruyum, həm müqəddəs Vətəni...

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !