Sanaz xanım Panahpurun ilk dəfə Bakıda rəngkarlıq əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisi keçiriləcək -

Sanaz xanım Panahpurun ilk dəfə Bakıda rəngkarlıq əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisi keçiriləcək

“Sərhədləri aşan incəsənət”
“Yeni Gallery” – Bakı İncəsənət Mərkəzində Sanaz xanım Panahpurun ilk dəfə Bakıda rəngkarlıq əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisinin açılış mərasimi keçiriləcək.
3 mart 2016-cı il saat 18:30
Sərgi 5 mart tarixinədək davam edəcək.


***


Sanaz Panahpur Darehşouri – Azərbaycan türkü olaraq İranın İsfahan şəhərində dünyaya göz açmışdır. O, ailəsinin ikinci nəslinə aid olan rəssamlarındandır. Sanaz xanım əsasən anasından bir çox bədii keyfiyyətləri mənibsəyib. Rəssam təsviri sənətin müxtəlif forma və mahiyyətinə böyük maraq göstərir.
Anasının rəhbərliyi altında Sanaz xanım, artıq 14 yaşından rəssam kimi fəaliyyətə başlayıb və bu günücən bu sahədə öz bacarıq və təcrübəsini daim inkişaf etdirir.
Qrafik dizayn üzrə bakalavr və teatr sənəti üzrə magistr dərəcəsi olan Sanaz xanımın yaradıcılığı, yuxarıda qeyd olunduğu kimi çoxşaxəlidir. Pointillism daxil olmaqla təsviri sənətin bir çox üslübları rəssamın yaradıcılıq diapazonunu təşkil edir. Əsərlərin cəsarətli rəng və qrafik həlli rəssamın tablolarını mənalı və cəlbedici edir.
Sanaz Panahpur Darehşouri bir sıra Beynəlxalq sərgilərdə – o cümlədən İranda, Hindistanda və Dubayda təşkil olunan sərgilərdə iştirak etmişdir. Fədakarlığı və gərgin əməyi onun nüfuzunun yüksəlişini təmin edən cəhətlərdəndir.
Sanaz xanımın müxtəlif ölkələrdə keçirilən rəsm sərgilərindəki iştirakı onun sənət imkanlarının genişləndirməsində böyük rol oynamışdır. Hal-hazırda doğma vətən bildiyi Azərbaycan Respublikasının paytaxtı Bakıda təşkil edilmiş ilk sərgisi də rəssamın öz köklərilə daha yaxından tanış olmaq istəyindən, milli kökləri daha dərindən hivs etmək eytiyacından qaynaqlanır.
Maraqlananlar rəssamın yaradıcılığı ilə www.spd-art.com-un internet səhifəsində daha geniş tanış ola bilərlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !