ADU-da Beynəlxalq insan hüquqları mövzusunda açıq dərs keçirildi -

ADU-da “Beynəlxalq insan hüquqları” mövzusunda açıq dərs keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Mehriban Babaxanovanın təşkilatçılığı ilə “Beynəlxalq insan hüquqları” mövzusunda açıq dərs keçirildi. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan 442-ci qrupun “Beynəlxalq hüquq” fənni üzrə keçirilən açıq dərsində müəllim Ümumdünya insan haqları bəyannaməsi, BMT-nin insan haqları komitəsi, AB-nin insan haqları məhkəməsi haqqında təqdimatla çıxış etdi. İnteraktiv formada keçirilən açıq dərsdə dərs vəsaiti kimi insan haqlarından bəhs edən videoçarx nümayiş olundu, tələbələr mövzu ilə əlaqədar geniş təhlil apardılar.
Qeyd edək ki, açıq dərsdə Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Samir Həmidov da iştirak edirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !