Gənc Rəssam – Gənc İstedad adlı gənclər arasında rəsm sərgisi keçirilib - FOTO

“Gənc Rəssam – Gənc İstedad” adlı gənclər arasında rəsm sərgisi keçirilib FOTO

21 fevral 2016 – cı il tarixində İçəri şəhər "NATAVAN Gallery" Rəsm Qalereyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Rəssam – Gənc İstedad” adlı gənclər arasında rəsm sərgisi layihəsi keçirilib.
Gənclər Fondunun elan etdiyi yeddinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində keçirilən layihənin əsas məqsədi gənclərin ictimai aktivliyini artırmaq, istedad və bacarıqlarının üzə çıxarılmasına dəstək olmaq və onlar arasında müsbət əhval ruhiyyəni yaradaraq onların əl işlərini sərgilməkdən ibarətdir.
Layihə rəhbəri Aygün Əliyevanın qeyd etdiyinə görə, bu layihə yaradıcı gənclərin hazırladıqları rəsm əsərlərinin sərgisi formatında təşkil olunmaqla yanaşı təqdim olunan bu layihə vasitəsilə gənclər öz ölkələrində onları valeh edən təbiəti, mədəniyyəti, insanı, arxitekturası, bir sözlə onları vətənə bağlayan rəsmlər vasitəsilə cəmiyyətə kiçicik mesaj olacaq.
50 - ə yaxın istedadlı gəncin iştirakı ilə keçirilən “Gənc Rəssam – Gənc İstedad” gənclər arasında rəsm sərgisi 22 fevral 2016 – cı il tarixinə qədər davam edib. Sonda iştirakçılara sertifikarlar təqdim olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !