ADU tələbələri diplomla təltif olundu -

ADU tələbələri diplomla təltif olundu

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri diplom və sertifikatlarla təltif olundular. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə görkəmli fizik Tomas Edisona həsr edilmiş “Edison məktəbi” layihəsi həyata keçirilib. İkinci mərhələsi ATGTİ-nin ofisində baş tutan layihə çərçivəsində Edisonun həyat və yaradıcılığına aid suallardan ibarət fizika olimpiadası təşkil olunub.
İkinci mərhələnin nəticələrinə əsasən Pedaqoji (ingilis dili-alman dili) fakültənin 215 a qrup tələbəsi İlahə Balakişiyeva I yerə, 209 a qrup tələbəsi Gülnaz Əliyeva III yerə layiq görülərək diplomla, eyniadlı fakültənin 114 a qrup tələbələri Rəqsanə Mehdizadəvə Sərxan Məmmədli isə ikinci pillədə yüksək nəticə göstərərək sertifikatla təltif olunublar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !