ADU-nun beynəlxalq əlaqələri genişlənir -

ADU-nun beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Koreyanın Dongduk Qadınlar Universitetinin professoru, Ümumi işlər və müəllimlik peşəsinin Türkiyə və Avroasiya ölkələri üzrə mütəxəssisi Oh Eun-Kyungu qəbul etdi. Qonağı salamlayan professor Dünyamin Yunusov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, universitetin elmi tədqiqat işlərində bir çox naliyyətlərin əldə olunduğunu bildirdi. ADU-da üç jurnalın nəşr olunduğunu deyən D.Yunusov koreyalı professor Yanq Hyun Kvonun Elmi Xəbərlər jurnalının redaksiya şurasına üzv olduğunu qonağın diqqətinə çatdırdı.  ADU-da 22 dilin tədris olunduğunu bildirən professor Dünyamin Yunusov universitetdə müxtəlif dil və mədəniyyət mərkəzlərinin də fəaliyyət göstərdiyini dedi. ADU-nun beynəlxalq əlaqələrinin inkişaf etdiyini qeyd edən D.Yunusov Dongduk Qadınlar universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu sözlərinə əlavə etdi. ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Koreyanın Dongduk Qadınlar Universitetinin professoru Oh Eun-Kyung təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verdi. O, Dongduk Qadınlar Universitetinin 1950-ci ildə Dongduk Qızlar Universiteti kimi yaradıldığını bildirdi. Oh Eun-Kyung universitetinin 10 ölkənin 23 universiteti ilə əməkdaşlıq etdiyini qeyd etdi. O, bu gün imzalanacaq müqavilənin iki dövlət və universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. 

Sonda ADU və Dongduk Qadınlar universiteti arasında memorandum imzalandı.Memorandumda universitetlər arasında akademik və elmi araşdırmaları, davamlı əməkdaşlığıinkişaf etdirmək, müəllim-tələbə mübadiləsini həyata keçirmək, elmi sahədə müxtəlif resurslarla, kitablarla təmin etmək qeyd olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !