Nikolya şokolad muzeyi - FOTO

Nikolya şokolad muzeyi FOTO

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin Sərgi salonunda şəhərdə ilk dəfə təşkil edilmiş Nikolya şokolad muzeyi sərgisində ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, instalyasiya və kompozisiyalar nümayiş etdirilir.
Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır. Muzeyin dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı yarım milyon nəfəri keçib. Sərgi, həmçinin ötən ilin may-iyun aylarında Bakıda təqdim olunub. Kütləsi 65 kq olan “Qız qalası”, 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada, həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş - Nizami Gəncəvinin portreti və Gəncənin gerbi təqdim olunmuşdur. Sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək. Sərgi fevralın 20-dən, martın 26-dək davam edəcək.

 

Seymur Abbas. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !