Qarabağ tariximizi öyrənirik-Xocalı adlı intellektual yarış keçirilib. - FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Qarabağ tariximizi öyrənirik-Xocalı adlı intellektual yarış keçirilib. FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayon İcra Hakimiyyətinin,GTM Qarabağ ofisinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı iləÜzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Qarabağ tariximizi öyrənirik-Xocalı” adlı intellektual yarış keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.Xocalı soyqırımı zamanı həlak olan insanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı soyqırımının gənclərimizin şüurunda maddiləşdirmək, daimi həkk etdirmək və dövlət səviyyəsində reallaşdırılan “Xocalıya ədalət” kampaniyasına dəstək verməkdir.
Sonra çıxış edən RİHB ictimai-siyasi və hümanitar məsələlər üzrə müavini, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva deyib ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır və Xatın, Liditsa, Oradur, Ruanda soyqırımıları kimi Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir.
Eyni zamanda, bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Bununla yanaşı, Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır”.
Çıxışının sonunda o, respublikamızda bu istiqamətdə həyata keçirilən təbliğat kompaniyalarında gənclərimizi aktiv iştirak etməyə səsləyib.

 


Fotomüxbir: Mais Amin AZpress.AZ Ağcabədi rayonu
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !