Naxçıvanda Xocalı soyqırımının yad edilməsi məqsədilə Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuşdur - FOTO

Naxçıvanda Xocalı soyqırımının yad edilməsi məqsədilə Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuşdur FOTO

19 fevral 2016-cı il tarixdə Xocalı soyqırımının yad edilməsi məqsədilə Naxçıvan şəhər tam orta məktəbləri şagirdlərinin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30-dan çox şagird iştirak etmişdir. Xatirə Muzeyinin direktoru Aynurə Məhərrəmova şagirdlərə muzeyin yaranma tarixindən danışmış və bildirmişdir ki, Muzey ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədi ilə 2000-ci ildə yaradılmışdır. Muzeydə soyqırım faktları, şəhidlərin və Milli Qəhrəmanların fotoşəkilləri, şəxsi əşyaları və onlara aid digər materiallardan ibarət eksponatlar mühafizə olunur. Sonda şagirdlər muzeydə olan eksponatlarla yaxından tanış olmuş və onları maraqlandıran suallar muzeyin direktoru tərəfindən cavablandırılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !