İdman Gimnastikası üzrə FİG Dünya Challenge Kuboku Azərbaycanda! - ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

İdman Gimnastikası üzrə FİG Dünya “Challenge” Kuboku Azərbaycanda! ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

"Gimnastika" termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərindən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər.
Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı.
İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis "Gimnastika incəsənəti haqqında" əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.
İdman gimnastikasının sürətli inkişafı təşkilatlanma ilə nəticələnib. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası (FİG) yaradılıb. Beş ildən sonra, yəni 1896-cı ildə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramına salınan idman növləri arasında idman gimnastikası da yer alıb.
İdman gimnastikası üzrə ilk dünya çempionatı FİQ-in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keçirilib. FİQ-nin 1977-ci ildə düzənlənən konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edib.
Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlayıblar.
Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir.
Qədimlik və müasirliyin təcəssümü olan Odlar Yurdu Azərbaycanın paytaxtı Bakı şəhərində Gimnastika üzrə FİG Dünya “ Challenge” Kubokuna start verildi.
AZpress.AZ informasiya saytının verdiyi xəbərə əsasən bildirilir ki, yarışlar 2015- ci ildə ilk Avropa oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilmişdir. Bu ilin ilk Dünya Kuboku kişi və qadın gimnastlar arasında 19-21 fevral 2016-cı il tarixlərində baş tutacaq.
Kubokda 19 ölkəni təmsil edən nümayəndə heyətlərinin tərkibində ümumilikdə 146 nəfər iştirakçı var. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 44 kişi 22 qadın gimnast mübarizə aparacaq .
Yarışlar boyunca Bakı tamaşaçısını kişi gimnastlardan üçqat Dünya Çempionu Kenzo Siray ( Yaponiya ), gimnastika atı üzrərində hərəkətlərdə Dünya Çempionatının bürünc medalçısı Kaya Kazuma ( Y aponiya ) və xalça üzərində sərbəst hərəkətlər üzrə Avropa Çempionu Aleksandr Şatilov ( İsrail ) və digər gimnastlar öz çıxışları ilə sevindirəcək.
Yarışların tanınmış qadın gimnastları isə Olimpiya ( komanda hesabı) , Dünya ( sərbəst hərəkətlər, dayaqla tullanma və komanda hesabı) və Avropa (dayaqla tullanma)Çempionu Oksana Çusovitina ( hazırda Özbəkistanı təmsil edən) , Yeniyetmələrin Yay Olimpiya Oyunlarının sərbəst hərəkətlər üzrə Çempionu Flavia Lopes Sarayva ( Braziliya) və Dünya Kuboklarının üçqat qızıl medalçısı ( dayaqla tullanma və sərbəst hərəkətlər) Dorina Bötsogödür ( Macarıstan).
Təbii ki, favoritlər arasında Dünya Çempionatının paralel qollar üzərində bürünc medalçısı , Bakı- 2015 ilk Avropa Oyunlarında beş medala layiq yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabına onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Marina Nekrasova , Yuliya İnşina və Mariya Smirnova təmsil edir.
İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında kubokun təsnifatı mərhələləri , sonuncu günü isə ayrı ayrı alətlər üzrə finallar keçiriləcək.
Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli flaşmoblar təşkil olunacaq. 3 gün davam edcək yarışlarda iştirak edən hər bir gimnastımıza uğurlar arzu edirik.

 


AZpress.AZ , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !