Məzahir Süleymanzadə: - Yadımdan heç vaxt çıxmayır...

Məzahir Süleymanzadə: Yadımdan heç vaxt çıxmayır...

Yadımdan heç vaxt çıxmayır,
Məni sakit buraxmayır,
Ankaranın dolanbac yolları, qırmızı damları...
Üzügülər, işgüzar adamları...
Bu şəhərin özünəməxsus mentaliteti,
İhsan Doğramaçının qurduğu
Şəhər içində şəhər - Bilkənd universiteti...
Güllü corab toxuyan, Mehmetciyin xalası...
Tarixə meydan oxuyan Ankara qalası...
Cavanları gah ağladan, gah güldürən,
"Ankaragücü"nün məşqi...
Ankaralıları fərqləndirən qurub - yaratmaq eşqi...
Türkiyənin döyünən qəlbi - Cankaya köşkü...
Gülərüz Turqut Özalla,
Ağsaqqal Süleyman Dəmirəllə,
Unudulmaz görüşüm...
Böyük Millət Məclisində həyəcanlı çıxışım...
Əlimi sıxan millət vəkillərinə,
Ürkək - ürkək baxışım...
Zavallı Məmməd Əminin yalqız məzarı...
Ankarada külüng çalan dostlarımın güzarı...
Bir də ki...Anıt qəbir, dahi Atatürk!
O, qoymayıb yata türk,
Dərdə, qəmə bata türk,
Heç görmüsən torpağını sata türk?!.
...Bu da sonuncu xəbər: bombalı saldırı...
Ankara küçəsində şəhid qanı...
Bəs bunlara dur deyəcək,
Millət hanı, dövlət hanı?..
Azərbaycan Türkiyənin yanındadır -
İki dövlət, bir millətik...
Düşmən fürsət düşən kimi çəkir tətik...
Allah, nə vaxt ocağımız gur yanacaq?..
Bu qan içən qansızlara,
Cavab verən tapılacaq?!.

 


***

 


Yamacda duman sürünür, yaza nə?
Uzaqdan bir kənd görünür, bizə nə...


Dağın dərdin qoy dağ çəksin, düzə nə?
Ziyalımız bostan əksin, bizə nə...


Aşıqlar qoy özün öysün, saza nə?
Yeyən yesin, doyan doysun, bizə nə...


Xəyanət et, ürək sındır, cəza nə?
Bu dövran belə dövrandır, bizə nə...


Yerdəki bu vəhşilikdən Aya nə, ulduza nə?
Söyən söysün, döyən döysün, bizə nə...


Oğlan gedib urus alsın, qıza nə?
Qız da solsun, lap saralsın, bizə nə...


Məzahirin söylədiyi sözə nə?
Deyir desin, yazır yazsın, sizə nə... 

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !