Məzahir Süleymanzadə: - Bu, şəkil deyil, heç vaxt oxuyub başa çatdıra bilməyəcəyimiz bir romandır...

Məzahir Süleymanzadə: Bu, şəkil deyil, heç vaxt oxuyub başa çatdıra bilməyəcəyimiz bir romandır...

Bu, şəkil deyil, heç vaxt oxuyub başa çatdıra bilməyəcəyimiz bir romandır. Müəllifi də mən deyiləm, millətimizin taleyini belə məsləhət bilən Allahdır! Allahın yazdığı taleyi müzakirə eləməzlər, onu yaşayarlar...Biz də yaşayırıq...Allahın verdiyi dərdə qarşı üsyan eləməzlər, bu dərdi çəkərlər...Biz də çəkirik. Allahın sınağından çıxmağa çalışmaq lazımdır...Biz də çalışırıq...çalışırıq...çalışırıq...Allah böyükdür!..Allah lütfkardır!..Allah bağışlayandır!..Məni də deyəcəyim sözlərə, söyləyəcəyim fikirlərə görə bağışlayar inşallah...
Bu baba və nənə illərlə Lerik dağlarına çıxıb, Araz sahillərinə enib o tərəfə, Təbrizə, Ərdəbilə, Miyanaya baxıblar...Hətta, əlacsız qalıb zümzümə də eləyiblər: "Təbriz üstü Miyana...Oxu, bülbülüm, oxu, bəlkə bəxtim oyana..." Bu qocaların, onlarla birgə millətimizin bəxti oyanmayıb ki, oyanmayıb...Vətənimiz üç yerə bölünüb...Dərbənd bir tərəfdə qalıb, Təbriz bir tərəfdə, biz də ağrının - acının tən ortasında...Amma yenə ümidimizi üzməmişik, özümüzü şeirlərlə, bayatılarla ovundurub dərdimizi çəkmişik və bu dərdi bizə verdiyinə görə Allaha şükür eləmişik...Allah da dərd çəkə bildiyimizi görüb dərd yükümüzü ağırlaşdırıb...Hətta, lütfkarlıq edib başqa millətlərin dərdini çəkməyi də bizə tapşırıb...Fələstin, İraq, Suriya...Qarabağ dərdi də öz yerində...Amma Allah deyir ki, səbrli olun, siz başqalarının dərdini çəkin, onlar da sizin dərdinizi çəkəcək...Necə ki, bu dərdi iyirmi ildən çoxdur ki, bizim yerimizə ATƏT - in Minsk qrupu çəkir...
20 Yanvar qırğını, Xocalı soyqırımı...Vətən dərdi, torpaq həsrəti...Nə yaxşı ki, sazımız, sözümüz var...Nə yaxşı ki, uzaqlara baxan, gözləri yol çəkən ağsaqqallarımız, ağbirçəklərimiz var...Yoxsa, sınaqlara dözə bilməyib Allahın qarşısında üzüqara qalardıq... 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !