Yerli sənət adamının maraq dünyasını əks etdirən fərqli və müxtəlif əşyaların nümayişi təşkil olundu - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Yerli sənət adamının maraq dünyasını əks etdirən fərqli və müxtəlif əşyaların nümayişi təşkil olundu FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

13 Fevral 2016 - cı il tarixində saat 11.00-dan axşam saat 19.00-a kimi "Hyatt Regency" otelinin "Kişmiş" zalında 100-ə yaxın yerli sənət adamının maraq dünyasını əks etdirən fərqli və müxtəlif əşyaların nümayişi təşkil olundu.
Sərgidə sənət ustalarının dekor, şüşə üzərində çəkdikləri 3D görüntülü şəkillər, qoz, fındıq, fıstıq ağacları üzərində oyma işləri, müalicəvi və kosmetik sabunlar, şokoladdan hazırlanmış müxtəlif dekorlar və bişmiş gildən hazırlanmış bəzək əşyaları nümayiş olundu.
Sərginin kiçik yaşlı tamaşaçılarını məşhur nağıl qəhrəmanları əyləndirdi. Axşam saat 18-dək davam edən sərgiyə gələn insanların sayı artmaqda davam edirdi. Bir-birindən maraqlı, gözəl əl işləri insanları sevindirirdi və onlar öz zövqlərinə uyğun olan hədiyyələri sevdikləri şəxsə alırdı.Təşkilatçı Qoşqar Məmmədova öz dərin minnətdarlığımı bildirirəm.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !