Məzahir Süleymanzadə: - ...xələf oğlunun qulağından yapışıb aparıb təhvil versin səngərdəki ...

Məzahir Süleymanzadə: ...xələf oğlunun qulağından yapışıb aparıb təhvil versin səngərdəki ...

Dost - tanış zəng vurub deyir ki, şair, xeyir ola, son vaxtlar daha çox ölümdən yazırsan...Yox, mən ölümdən yazmıram, həyatdan yazıram. Neynim ki, bu həyatın içində ölüm də var...Kasıba deyirlər, gözün aydın, yeganə oğlun Vətən uğrunda şəhid oldu!..Varlıya deyirlər, tək oğlun var, vəziyyət qarışıqdır, onu qoru, göndər getsin xaricə...Onu da deyən mənim millətimdir, bunu da deyən özümüzünkülərdir...Sonra da şikayətlənirik ki, dünya ədalətsiz dünyadır, söhbət Azərbaycan həqiqətlərindən düşəndə ikili standartlar tətbiq olunur...Bəs bizim öz içimizdə, öz övladlarımıza qarşı ikili standartı, ikili münasibəti görmürsünüz? Böyükləri başa düşürük, biri nazirdir, biri icra başçısıdir, biri bazarkomdur, o biri də, tutaq ki, müəllimdir, həkimdir. Hərəyə öz boy - buxununa, pul kisəsinə, ləhcəsinə, pasportuna görə münasibət göstəririk. Birinə təzim edirik, quyruq bulayırıq, o birinin haqqını tapdalayırıq...Bu gənclərin isə hec bir vəzifəsi, imtiyazı yoxdur. Hamısının bir adı var: 18 yaşlı Vətən övladı, Azərbaycan vətəndaşı...Bəs niyə biri səngərdə yatmalıdır, o biri yumuşaq yorğan - döşəkdə? Niyə birinin Azərbaycan bayrağına bükülmüş cənazəsi gətirilməlidir, o birinin sosial şəbəkələrdə qudurğanlıq şəkilləri yayılmalıdır? Millətimiz, xalqımız üçün Vətən torpağında Azərbaycan bayrağına bükülən gənclərlə, xaricdə bayağı "Bakılı balasıyam" mahnısının sədaları altında rəqs edən gənclərin fərqi yoxdurmu? Boy - buxunu, yaşı eyni olan iki gənc...birini soyuq məzar gözləyir, o birini yumuşaq kreslo, yağlı vəzifə...Mən, əlbəttə, ölkə başçısının köməkçisi deyiləm, heç bir səlahiyyətim yoxdur...Amma qələm adamıyam, vətəndaşam, seçiciyəm...Möhtərəm Prezidentə səs vermişəm, indi də təklif göndərirəm...Bəlkə, islahatlara elə bundan başlayaq? Hər bir vəzifə sahibi öz əziz - xələf oğlunun qulağından yapışıb aparıb təhvil versin səngərdəki generallara. Bu məsələdə heç kəsə güzəşt olunmasın, imtiyaz verilməsin. Bu, həm də oliqarxların, deputatların, yüksək vəzifə daşıyanların vətənpərvərlik testi olar. Siz də onları tanıyarsınız, biz də...Görək bu çağırışdan nə yaranacaq...kiçik bir dəstə, yoxsa batalyon?..Onlar çoxdular, lap çox...Bəlkə də böyük bir ordu yarandı...
Mən heç kəsin, xüsusilə gənc bir adamın ölümünü arzulamıram...Amma böyük bir nazirə şəhid oğlunun müqəddəs Azərbaycan bayrağına bürünməsi münasibətilə məmnunuyyətlə gözaydınlığı verərdim...Bu şəhidlik cəmiyyətimizdə bərabərlik yaradılmasına, vəzifə sahibləri ilə xalq arasında uçurumun aradan qaldırılmasına, xalqımızın sabaha inamının artırılmasına layiqli töhfə olardı... 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !