Qubada Xocalı həftəsi adlı layihəyə start verildi - FOTO

Qubada “Xocalı həftəsi” adlı layihəyə start verildi FOTO

Quba Rayon Gənclər Şurasının təşkilatşılığı ilə 15 fevral tarixindən başlayaraq Quba rayonunda “Xocalı həftəsi” adlı layihə öz işinə başlayıb.
16 fevral tarixində Quba rayon Mədəniyyət Mərkəzinin foyesində yeniyetmə və gənclərin əl işlərindən ibarət “Qəm yemə Xocalı, biz qayıdacağıq” adlı sərgiyə start verilib. Sərgidə əsasən 14 -29 yaş arası yeniyetmə və gənclər iştirak ediblər. Yaxşı hal ondan ibarətdir ki, sərgiyə Quba rayonunun ən ucqar kəndlərinin gəncləri də qatılıb.
Məlumat üçün bildirək ki, sərgi həftə boyu davam edəcək və yekunda ən yaxşı 3 əl işi təltif olunacaqdır. Eyni zamanda “Xocalı həftəsi” adlı layihə çərçivəsində gənclər üçün “Xoca” filminin nümayişi həyata keçiriləcək, “Qəm yemə Xocalı, biz qayıdacağıq!” adlı esse yazı müsabiqəsi keçiriləcək, Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunacaq və 22 fevral tarixində layihənin yekun tədbiri baş tutacaq
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !