Məzahir Süleymanzadə: - ...Nazir qazı basan kimi...

Məzahir Süleymanzadə: ...Nazir qazı basan kimi...

...Hələ dünyanın düz vaxtında, neftin qymətinin tüğyan etdiyi dövrdə düz bir milyon verib okeanın o tayından maşın gətizdirmişdi. Maşın da nə maşın...Avropada ondan yox idi...Sürətini, rahatlığını qoyaq bir tərəfə, başdan - ayağa kompüterləşdirilmişdi. O Yaponiyada qrossmeysterlərə qalib gələn robot düzəltmişdilər ha, bax, onun kimi idi...Adam kimi danışırdı...Hətta, səliqə - sahmanına, zəkasına görə sahibindən də üstün idi...Qarajda çox qaldı...Doğrudur, paslanmaq, akkumulyatorunun boşalmaq qorxusu yox idi. Amma adam deyildi, maşın idi...Deməli, sürülməliydi...
...Bu axşam sahibi işdən tez qayıtmışdı. Adəti üzrə, evə keçməzdən əvvəl qarajın qapısınin pultunu basdı...Maşınla salamlaşdı, ona sığal çəkdi...Sükan arxasına keçib motoru işə saldı. Amma motordan səs çıxmadı...Öz - özünə deyindi: "Sən Allah, bir işə bax ey, bir milyon dollar verib eksküliziv maşın qayırtdırasan, o da xoda getməyə...Bundan da böyük dərd olar?.." Maşın dilə gəlib soruşdu:
- Möhtərəm sahibim, səndən bir söz soruşmaq istəyirəm. Tutalım ki, sən nazir deyilsən, heç kişi də deyilsən, mənim kimi nərmənazik bir qadınsan. Birisi səni alıb aparıb illərlə toxunmasa, bakirə saxlasa xoşun gələr?
Nazir özündən çıxdı:
- Eheyy, ağzının danışığını bil...Baxmaram bahalığına, tüpürərəm verdiyim o bir milyona, əzib - tökərəm səni, atdıraram metallolomaİ..
- Möhtərəm sahibim, mən nə dedim ki, özünüzdən çıxdınız?
- Əvvəla, mənə "möhtərəm" demə, elə "cənab nazir" dedin, bəsdir. Biz "möhtərəm" ifadəsini yalnız "Prezident" sözünün qarşısında işlədirik...
- Bağışlayın, cənab nazir, adam deyiləm ki, maşınam da, bilmədim...Yaxşı, gəlin barışaq...Deyin görüm, məni niyə sürmürsünüz?
- Səni harda sürüm, a bədbəxt? Bakının küçələri sənə yaraşmır...
- Nə oldu, "Formula-1" maşınlarına yaraşdı, mənə yaraşmadı? Onların da sürəti, qiyməti elə mənimki qədərdi də...
- Yaxşı, elə bilmə ki, nazirlərin hamısı ürəksiz olurlar...Sənin özünü bakirə qadına bənzətməyin məni kövrəltdi. Bu gün bakirəliyinlə vidalaşacaqsan...Bu gün səni...sürəcəm!.. Lap elə münasib vaxtdır, möhtərəm Prezident də ölkədə yoxdur, zirvə toplantısına gedib...Səni harda...sürsəm yaxşı olar? Ağsu dolaylarında, yoxsa, Qəbələ - İsmayıllı yolunda? Yox, oralar dolanbacdır. Aeroport yolunu bir saatlıq bağlatdıraram, məharətini düz yolda göstərərsən...
...Nazir qazı basan kimi, bir milyonluq maşının təkərləri yerdən ayrıldı...Maşın uçdu, uçdu...gedib düşdü Olimpiya stadionunun tən ortasına...Sən demə, orada toy varmış...Hamı elə bildi ki, bu nazir təzə avtomobilində o biri nazirin oğlunun toyuna gəlib...Yığışdılar zərbə ilə yaşıl meydana düşən eksküliziv maşının ətrafına...İstəyirdilər ki, nazir maşından düşən kimi onu alqışlasınlar. Gözlədilər, gözlədilər...nazir çıxmadı. Qapını açıb onun...meyidini çıxardılar...Toy...yasa çevrildi...


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !