Məzahir Süleymanzadə: - ...Ömür keçdi asta - asta...

Məzahir Süleymanzadə: ...Ömür keçdi asta - asta...

Mən öləndə özlərini,
Yoranlara salam olsun!..
Mənim üçün qara çadır,
Quranlara salam olsun!...


Dözən oldu hər nazıma,
Bəd səsimə, avazıma...
Mənim ölü namazıma,
Duranlara salam olsun!..


Hərdən ucaldır səsini,
Heç kəsməyir nəfəsini...
Məndən ötrü sinəsini,
Cıranlara salam olsun!..


Ömür keçdi asta - asta,
Lap qocaldım, oldum xəstə...
Məni oğul çiyni üstə,
Görənlərə salam olsun!...

 


***

 


Möhtəşəm Ağrı dağının,
Zirvəsi var qoşa - qoşa...
Xoş niyyətlə Türkiyəyə,
Gələnlər edir tamaşa...


Ağrı dağı ağlayaraq,
Bizi çağırır qeyrətə...
Buludları qovlayaraq,
Deyir, baxın həqiqətə!..


Erməninin xəyalında,
Dövlətinin gerbindəyəm...
Müqəddəsəm, bilsin dünya,
Türkiyənin qəlbindəyəm!... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !