İnsan ruhunu oxşayan , dillə deyilə bilməyən sözlə göndərilən mesajdır şeir - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

İnsan ruhunu oxşayan , dillə deyilə bilməyən sözlə göndərilən mesajdır şeir FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Şeir və şairlik uyğunsuzluqdur. Bu xəyaldan artıq bir şeydir. Şeir zövqü və şairlik cəsarəti , insan varlığının bütün əməyi , dəyəri ilə o vaxt qiymətlidir ki, düzgün istiqamətdə yazılmış və ondan yaradıcı işlərdə faydalanılmışdır. Amma insan əxlaqına zidd , gənclərin əqidə və iradəsini sarsıdacaq bir vasitə kimi istifadə olunarsa , insanları bihudəliyə, xəstəliyə sürükləyərsə xəyalpərəstliyə sövq edərsə , məsuliyyətsiz bir məşğuliyyət kimi işlənilərsə istər gəncliyimizə, istərsə də cəmiyyətimizə böyük ziyan verə bilər.
Şeir insan ruhunun ac sevgiyə olan bir vergisidir. İnsanı sakitləşdirə biləcək, ona təsəlli verə biləcək bir vasitədir. Təəssüflər olsun ki, bəzən dövrlər dəyişdikcə , zaman keçdikcə istər ədəbiyyata, istərsə də şeirə maraq azalması nəzərə çarpır.
Şeir ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsərdir. Bir çox şairlərimiz var ki , şeirlə bütün dünyanı fəth edəcək sözlər yaratmışlar.
Şeir bəzən insan ruhunu dinləndirər onu real həyatdan uzaqlaşdırıb xəyal aləminə aparar. Bütün ağrı acısını unutdurar, ona bir anlıq da olsa xoşbəxtlik yaşadar. Bəzən poeziya gecələrinin təşkili, ədəbi ortamlarda tədbirlərin keçirilməsi gənclərimizin zövqlü və səviyyəli cəmiyyətə yararlı bir vətəndaş kimi yetişməsində böyük rol oynayır. Məncə belə tədbirlərin təşkili cəmiyyətimizə hər zaman fayda verəndir.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən fevralın 12 –də Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” türk poeziya gecəsi keçirilib.
AZpress.AZ saytı xəbər verir ki, gecədə Milli məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun , mədəniyyət və ədəbiyyat xadimləri , elm adamları iştirak edirdi.
Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım şeir gecəsinə təşrif buyuran qonaqları salamlayaraq , zaman ayırıb burada iştirak etdiklərinə görə minnətdarlığını bildirmişdir.
Nigar Həsənzadənin “Söz “ çərçivəsində təşkil edilən gecədə Azərbaycan türk şeirinin görkəmli nümayəndələrinin əsərləri peşəkar sənətkarlar tərəfindən səsləndirilmişdir. Tədbirə Savalan qrupunun ecazkar musiqisi və şeirin sintezi gözəl bir ab hava gətirmişdir.
Onu da qeyd edək ki, “ Söz” ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində , həm də beynəlxalq aləmdə tanınması, cəmiyyətdə ədəbiyyata marağın artırılması, yeni istedadlı yazıçıların yaradıcılığının təbliğ olunmasında böyük məqsəd daşıyır. Belə tədbirlərə gənclərin cəlb olunması, onların da bu tədbirlərdə iştirakını təmin edərək cəmiyyətimizdə səviyyəli gənclərin artmasına zəmin yaradır.


Azpress.Az, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !