Nizami Kino Mərkəzində Dedpul , Fəal axtarışda bədii filmlərin və Buni ayıları: Sirli qış 3d animasiya filminin nümayişi başlanıb -

Nizami Kino Mərkəzində “Dedpul”, “Fəal axtarışda” bədii filmlərin və “Buni ayıları: Sirli qış” 3d animasiya filminin nümayişi başlanıb

Nizami Kino Mərkəzində fevralın 11-dən “Dedpul”, “Fəal axtarışda” bədii filmlərin və “Buni ayıları: Sirli qış” 3d animasiya filminin nümayişi başlanıb.

Amerika və Kanada istehsalı olan “Dedpul” filmini rejissor Tim Miller, fantastika, döyüş, triller və məcara janrında çəkib. Yaş həddi:18+

Ueyd Uilson – silahlı qüvvələrın tətbiq etdiyi “Silah X” proqramının muzdlu əsgəridi. O, böyük gücə, çevikliyə və şəfaya malikdir. Amma bu ona baha qiymətə başa gəlib: onun hüceyrə strukturu tez tez dəyişir, sağlam düşüncəsi şübhə doğurur.Uilsonun yeganə istəyi - sosial zibil quyusunda su üzündə qalmaqdır.

Lakin quyunun axını çox güclüdür...

Filmdə baş rollara Rayan Reynolds, Morena Bakkarin, Karan Soni, Ed Skreyn, Maykl Benyer, Stefan Kapiçiç və başqaları çəkilib.

Amerika istehsalı olan “Fəal axtarışda” filmi melodram və komediya janrında çəkilib. Rejissoru Kristian Ditter, ssenari müəllifi Ebbi Kondur. Yaş həddi:18+

Ərə getməmiş qızlar haqqında kitab yazan qadın, xaricdə apardığı tədqiqatlar ucbatından bilmədiyi işin içinə girir...

Filmdə baş rollara Dakota Conson, Rebel Uilson, Lesli Mann,Deymon Uayans və Anders Holm çəkilib.

Çin istehsalı olan “Buni ayıları: Sirli qış” animasiya filmini rejissorlar Dinq Lianq və Fuyan Lyu komediya janrında ekranlaşdırıblar. Yaş həddi: 6+

Film, evlərini xilas etmək üçün göstərilən dostluq və mətinlik haqqında maraqlı bir nağıldır.

Baş rollara Jenni Ansell, Rik Ceyn Qlen, Şivan Lamsden və başqaları çəkilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !