Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti TÜRKSOY-un tədbirində iştirak edəcək -

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti TÜRKSOY-un tədbirində iştirak edəcək

Türkdilli ölkələrin beynəlxalq Mədəniyyət təşkilatı – TÜRKSOY xətti ilə hər il müxtəlif mədəni tədbirlər keçirilir ki, bu tədbirlərdə digər türkdilli dövlətlərlə birlikdə azərbaycanlı sənətçilər də böyük uğurla çıxış edirlər. TÜRKSOY xətti ilə növbəti belə tədbir fevral ayında Bosniya və Serbiyada baş tutacaqdır. “Sarayevo qışı” adlanan Beynəlxalq musiqi festivalı çərçivəsində türkdilli dövlətlərin vokalçıları fevralın 19 və 20-də Sareyevoda, fevralın 22-də isə Belqradda çıxış edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi D.Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc və istedadlı solisti Çinarə Şirin bu festivalda iştirak etmək üçün dəvət olunmuşdur. 2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – “Aida” (Aida), “Toska” (Toska), “Karmen” (Karmen), “Payatsı” (Nedda), “Sevil” (Dilbər) və s. aparıcı partiyaları ifa edir.

Festivalda Çinarə xanım K.Sen-Sansın “Samsun və Dalila” operasından Dalilanın ariyasını, J.Bizenin “Karmen” operasından Xabaneranı, eyni zamanda “Sevil” operasından Dilbərin ariyasını və Niyazinin “Arzu” romansını ifa edəcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !