Yalnız sevgi ( Emin Məmmədovun Yalniz sevgi adlı fərdi sərgisi keçirilmişdir ) - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Yalnız sevgi ( Emin Məmmədovun “Yalniz sevgi “ adlı fərdi sərgisi keçirilmişdir ) FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

 Azpress.AZ İnformasiya Agentliyinin verdiyi məlumata əsasən bildiririk ki, 12 -14 fevral tarixində İncəsənət Muzey Mərkəzinin qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq Emin Məmmədovun “Yalniz sevgi “ adlı fərdi sərgisi keçirilmişdir. Bu sərginin baş tutmasında “Irəli” İB olduqca böyük əmək sərf etmişdir. Sofi Wedding Party Planer isə böyük məmuniyyətlə baş sponsor olmağı arzu etmişdir. Modellərə geyindirilmiş İtaliyadan gətirilmiş “ Aidem” gəlinlikləri , Azərbaycan musiqisini müasir musiqiyə sintez etmiş Dj. Kenanın fantastik ritmləri sərgiyə xüsusi səmimi bir rəng qatırdı.
Belə qərara gəlmək olar ki, heç də bir şəkli çəkmək üçün fotoaparatın düyməsini basmaq yetərli deyilmiş. Bunun üçün uzun illər təcrübə və öz işinə olan sevgi də gərəkmiş. Burada əsas şərt şəkli çəkmək deyil, onu lazım olan məqamda öz hislərinin rəng palitrasına uyğun kəşf etməkdir. Hər bir fotoqrafın öz texnikası , öz işləmə peşəkarlığı var. Burada bir neçə fotoqraf bir şəkli çəkə bilər . Lakin hər birində başqa bir dünyanın yarandığını görəcəyik. Hər mövzuda şəkil çəkən fotoqraflar var. Emin Məmmədovun bu sərgisi isə ancaq sevgiylə bağlı olan fotolardan ibarət bir sərgi idi.
Sərgidə Emin Məmmədovun bir çox həmkarları ,tanınmış insanlar qonaq qismində iştirak edirdi.İlk olaraq Emin Məmmədov sərgisinə gələn qonaqlara dərin təşəkkürünü bildirdi və ilk fərdi sərgisində onu yalnız qoymayan dostlarına hər zaman güvəndiyini bildirdi. Sonra çıxış üçün söz Rəssamlar İttifaqının sədr muavini professor Ağəli İbrahimova , 132-134 sayli təhsil kompleksinin direktoru Sara Xanlarovaya, tanınmış fotoqraf Tahir Məmmədova, bir çox filmlərin quruluşçu operatoru olmuş Rafiq Qəmbərova verildi. Bütün qonaqlar Emin Məmmədov haqqında xoş sözlər söyləyib ,ona bu yolda daha böyük uğurlar və nailiyyətlər arzu etdilər. Sərginin açılış lentini Ağəli İbrahimov , Rafiq Qəmbərov və Emin Məmmədov kəsdilər və gələn qonaqları sərgiyə baxmağa dəvət etdilər. Biz də Azpress.Az saytı adından gənc fotoqrafa uğurlar arzu edir və sərgisinin davamlı olmasını diləyirik.
AZpress.AZ, Minə Türksoy.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !