Rejissor, aktyor - Şahmar Qəriblinin doğum günüdür

Rejissor, aktyor Şahmar Qəriblinin doğum günüdür

Bu gün azərbaycanlı rejissor, aktyor Qəribli Şahmar Qərib oğlunun doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.

 

Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

 

Teatrda oynadığı rollar
Şahsuvar (S.Vurğun "Komsomol poeması"),
Fağır Bağır (Anar "Adamın adamı")
Kərim müəllim (M.Süleymanlı "Dəyirman")
Rüstəm (N.Hikmət "Bayramın birinci günü")
Jandarm (N.Həsənzadə "Bütün Şərq bilsin")
Qumarbaz (N.Qoqol "Müfəttiş")

 

Quruluş verdiyi tamaşalar
"Ölülər" (C.Məmmədquluzadə)
"Qorxaq" (Ə.M.Lələdağ), "Dəfn" (A.Həsənoğlu)
"Sehirli açar" (Ş.Qəribli)
"Anasının gül balası"(F.Məmmədov)

 

Filmoqrafiya
130-cu mövsüm (film, 2002)(sənədli film)(Lider tv)
Ağ dünya (film, 1995)-Dəli Səməd
Bir anın həqiqəti (film, 2003)
Bir ovuc torpaq (2013)
Cavid ömrü (film, 2007)
Çölçü (film, 2012)
Dəvətnamə (film, 1989)
Dolu (film, 2012)
Düyün (film, 2008)-Əmi
Fatehlərin divanı (film, 1997)-Şaman baba
Fədakar (film, 2015)
Fəryad (film, 1993)-Boris
Həsrətli gözlərin rəsmi (film, 2003)
Hücum (film, 1989)-Mürsəl
İnanc yerlərimiz. Diribaba türbəsi (film, 2004)
İnanc yerlərimiz. Pir Hüseyn xanəgahı (film, 2003)
İnanc yerlərimiz. Piri Mərdəkan (film, 2004)
Kamanın ədalət ucalığı (film, 2003)
Kamanın naxış sehri (film, 2003)
Könül nəğməsində variasiyalar (film, 2002)
Qəzəlxan (film, 1991)
Məhəbbət oratoriyası (film, 2003)
Mən Səni Sevirəm-Dustaq
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Ötən əsrdən gələn adam (film, 2003)
Seçilən (film, 2008)-Professor
Seçilmişlər (film, 2007)
Son döyüş (film, 1996)
Sübhün səfiri (film, 2012)
Ultionis
Yalançılar (film, 2008)
Yasmin (serial, 2013) - Kamal
Yay gününün xəzan yarpaqları (film, 1986)
Yenə o bağ olaydı (film, 2002)
Yerlə göy arasında (film, 1999)-Psixoloq
Yük (film, 1995) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !