Azərbaycan aktyoru Tofiq Hüseynovun doğum günüdür -

Azərbaycan aktyoru Tofiq Hüseynovun doğum günüdür

Bu gün Azərbaycan aktyoru Tofiq Əbdülrəhim oğlu Hüseynovun doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.

Hüseynov Tofiq Əbdülrəhim oğlu (12.02.1949) 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü.Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F.Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T.Mütəlibbovun "Cücələrim"ində Tülkü, N.Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J.Anuyun "Medeya"sında Şah Kreon, O.Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və başqa obrazları buna misaldır.

T.Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N.Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H.Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B.Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C.Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir.

 

Teatr səhnəsindəki rolları
Komisyonçu ("Kəllə", Nazim Hikmət)
Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov)
Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə)
Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə)
Laz ("Qanlı Nigar", Sadıq Şəndil)
Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)

 

Filmoqrafiya
Axırıncı dayanacaq (film, 2014)
Bağdada putyovka var... (film, 2000)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Cavid ömrü (film, 2007)
Dəvətnamə (film, 1989)
Əlvida, cənub şəhəri (film, 2006)
Ərazi (film, 2005)
Kənddən gələn var-2 (film, 1997)
Köpək (film, 1994)
Qız atası (serial, 2014)
Marş (film, 1982)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
O dünyadan salam (film, 1991)
Şirin bülbül (film, 2000) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !