BİT 2016 sərgisində Türkiyənin nazir müavini Azərbaycan stendini ziyarət etmişdir -

BİT 2016 sərgisində Türkiyənin nazir müavini Azərbaycan stendini ziyarət etmişdir

İtaliyanın Milan şəhərində keçirilən BİT 2016 Beynəlxalq Turizm sərgisi çərçivəsində Azərbaycan stendini Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Huseyin Yayman, Türkiyənin Milan şəhərindəki Baş Konsulu Hami Aksoy və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təbliğat müdiri Ahmet Temurçidən ibarət nümayəndə heyəti ziyarət etmişdir.

Ölkənin turizm imkanlarının əks etdirilməsi məqsədilə nümayiş etdirilən çap məhsulları nümayəndə heyətinin yüksək marağına səbəb olmuş, Azərbaycanda turizmin mövcud vəziyyəti haqqında geniş məlumat verilmişdir.

Türkiyə və Azərbaycan arasında xüsusilə son illər ərzində həyata keçirilən əməkdaşlıq proqramlarının bəhrəsindən danışan nazir müavini Azərbaycanın turizm sahəsindəki uğurlarının sevindirici olduğunu qeyd etmişdir.

Görüş çərçivəsində iki ölkə arasında dostluq münasibətləri, turizm sahəsində həyata keçirilən əməkdaşlıqlar və gələcək perspektivlər müzakirə edilmişdir.

Xatırladırıq ki, 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, “BİT” beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !