Abşeron küləkləri adı altında müasir rəsm sərgisi açıldı - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

“Abşeron küləkləri” adı altında müasir rəsm sərgisi açıldı FOTO ( AZpress.AZ - Nəriman İsmayılov)

Abşeron yarımadası zəngin tarixi ilə tanınır və çoxsaylı rəvayətlərlə əhatə edilmişdir. Əhalinin özünəməxsus mədəni yaşam tərzi, arxitektura stili, təbiətin özü, bütün bunlar şair və rəssamların ilhamlandığı bir xəzinədir. Abşeronu küləklərsiz təsəvvür etmək mümkün deyildir. Gilavar- cənub hava kütləsi qışda soyuqları yumşaldır; Xəzri- şimal küləyi, isti yay aylarında sərinlik gətirir, bunlar musiqi əsərlərinin motivlərində, hekayələrdə, eləcə də rəssamların rəsm əsərlərində öz əksini tapmışdır. İncəsənət Konsulluğu “Abşeron küləkləri” adı altında müasir rəsm sərgisini açır, bu rəsm sərgidəki rəsmlər isə müsabiqənin nəticələridir. Ekspozisiya müxtəlif yaşda olan, lakin Abşerona eyni dərəcədə vurğun olan rəssamları birləşdirəcək. Rəsm sərgisi 11 fevral 2016-cı il tarixindən 18 fevral tarixinədək “Natavan” qalereyasında davam edəcəkdir. Giriş sərbəstdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !