Yarat Müasir İncəsənət Mərkəzi yenə qapısını öz tamaşaçılarının üzünə açdı - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

Yarat Müasir İncəsənət Mərkəzi yenə qapısını öz tamaşaçılarının üzünə açdı FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

AZpress.AZ saytının verdiyi xəbərə əsasən, Yarat Müasir incəsənət Mərkəzi yenə öz Cinema klubuna tamaşaçıları dəvət etdi. Festival filmlər silsiləsindən yenə iki möhtəşəm və düşündürücü film tamaşaçıların ixtiyarına verildi.
Birinci film “Arxası qibləyə “(rejissor A. Rüstəmov , Azərbaycan/ İsveçrə, 2009, 12 dəqiqə.)
Filmin qəhramanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər... Hətta yaxın qohum -əqrabası da onu “balaca qorxaq “ adlandırır. Bu ləqəbdən qurtarmaq üçün o cəsurluğunu sübut etməlidir...
“Arxası qibləyə” filmi Visionaria (İtaliya), La boca del lobo (İspaniya ) Gulf Film Festival (BƏƏ) kino festivallarında nümayiş olunub.
İkinci film “ Ev “ filmi (A.Rüstəmov , Azərbaycan, 2007, 33 dəqiqə)
Filmin işsiz qəhramanı Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni becərmək sifariş alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və xanım qəhramanla sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən –birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir.
Film yeni və köhnə dəyərlərin , idealist və praqmatik təfəkkürün ziddiyyətlərindən bəhs edir.Göydələnlərin mühasirəsində düşmüş yeganə köhnə evin sahibi- filmin qəhrəmanı dilemma qarşısında qalıb. O, ya öz evini satmalıdır, ya da ata evini qoruyaraq ehtiyac içində yaşamalıdır...
“Ev” filmi bir neçə kino festivallarında iştirak edib və mükafatlara layiq görülüb :
Aziatka Film Mediale Festivalı ( Roma , İtaliya , 2007)
“ Tamaşaçı simpatiyası” mükafatı
Beynəlxalq Audiviziual Festivalı ( Bakı , Azərbaycan, 2007)- “Ən yaxşı prodüsser” mükafatı
Festiva del Cine Pobre ( Gibara, Kuba ,2008) – “Ən yaxşı yaxşı qısa metrajlı film “ mükafatı və sairə.
Filmlərin hər ikisi öz ssenari və məzmununa görə olduqca fəlsəfi düşünməyə yönəldir. Bir insanın başına gələ biləcək hadisələrin filmdə cərəyan etməsi həyatı özündə tam əks etdirmişdir. Gənc rejissorun bu düşüncə tərzi , öz fikrini tam , aydın şəkildə göstərməsi və mükafata layiq görülməsi təqdirə layiqdir.

 


AZpress.AZ , Minə Türksoy .
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !