Türkiyənin tanınmış aktyoru Burak Özçivit və aktrisa Aslı Enver Azərbaycana səfər etmişlər - ( AZpress.AZ - Rüstəm İsmayılov)

Türkiyənin tanınmış aktyoru Burak Özçivit və aktrisa Aslı Enver Azərbaycana səfər etmişlər ( AZpress.AZ - Rüstəm İsmayılov)

Azpress.Az saytının verdiyi məlumata görə Türkiyənin tanınmış aktyoru Burak Özçivit və aktrisa Aslı Enver Azərbaycana səfər etmişlər. Qonaqlar hava limanında Yunus Əmrə İnstitutunun rəhbərliyi və gənc əməkdaşları tərəfindən hörmətlə qarşılanmış və Hilton otelə aparılmışdır. “ Kardeşim benim” filminin qala gecəsinə təşrif buyuran qonaqlar ilk öncə şəhərimizin mənzərəsi və gözəlliyi ilə tanış olmaq üçün gəzintiyə çıxmışlar.
Nizami kino mərkəzində baş tutacaq qala gecəsinə təşrif buyuran qonaqlar böyük fanatların alqış səsləri sədası altında oraya daxil olublar. Filmin baş tutmasında və qonaqların qarşılanmasında Yunus Əmrə İnstitutu, Hilton otel və Nizami kino mərkəzinin təşkilati dəstəyi böyükdür. Bir çox media işçilərinin də iştirakı ilə başlayan film tamaşaçıların marağına səbəb olmuşdur. Komediya janrında olan filmdə baş rolun ifaçısı Burak Özçıvit , Murat Boz və Aslı Enver tərəf müqabilidirlər.
Filmdən sonra media qarşısına çıxan məhşurlar mətbuat konfransı keçirib jurnalistlərin suallarını cavablandırmışlar.

 

 


-Aslı xanım filmdə media nümayəndəsini təmsil edirsiniz. Siz bu rolu oynadıqdan sonra biz media işçilərinin nə əziyyətlər çəkdiyini hiss edə bildinizmi?
-Əlbəttə sizin məsləyinizə çox böyük hörmətim var . Bu rolu oynadıqdan sonra anladım ki, sizin işiniz çox şərəfli və çətindir , siz bunu necə bacarırsınız dostlar?


-Burak bəy, Murad bəy niyə gəlmədi?
-Murad bəy işləri ilə əlaqədar olaraq gələ bilmədi. Amma burada olmağı çox istərdi. Gəlməsə də sizə çoxlu salamını yolladı. O, sizlərlə deyəsən daha çox görüşüb. Hətta sərhəd yoxlanışında keçərkən də söylədilər ki, Murad bəy həmişə burada olur.


-Bir filmdə üç məhşur insan və kaprizləri . Bu necə alınır?
Aslı xanım: - Yox biz heç kapriz etmədik.
Burak bəy: - Kapriz nədir ? Biz heç kaprizli insanlara bənzəyirikmi? Heç bir kaprizdən söhbət belə gedə bilməz. Biz adətən işimizlə bağlı düşünürük və ancaq bunun üzərində çalışırıq. Həmdə b bir layihə kimi başladı öncədən oturub düşünülmüş ssenari deyildi. Ona görə də hər kəs işi ilə məşğul oldu və kaprizə vaxt belə olmadı.


-Burak bəy, bildiyimiz kimi filmin yönətmənlərindən biri də sizsiniz. Necə oldu ki, Murad bəy və Aslı xanım bir araya gəldi və nə üçün ilk olaraq ağlınıza gələn sənətçilər onlar oldu?
-Mənim Muradla dostluğum uzun illərə dayanır. Murada söylədim ki, mən bir film daha çəkmək istəyirəm. Muradla bu haqda danışdıq və bu filmdə onunda rol almasını istədiyimi bildirdim.
Dedim ki, belə bir film çəksəm və biz bir yerdə rol alsaq çox gözəl bir film alınacaq.Çünki , Muradın da mənim də türk xalqı üzərində böyük təsir etmək qüvvəmiz olduğunu bilirsiniz, həm də bizim ailəyə bağlılığımız var.Biz bir film çəkəcəyiksə necə bir film olmalıdı düşündük və qardaşlıq hekayəsində qardaş kimi rol almağı söylədim , Murad da hə dedi . Bu layihə də belə başladı, davamında da Aslı ilə düşüncələrimiz oldu. Bizim ikimiz aramızda enerjilərimizi tamamlayacaq insan Aslı. Aslı layihəyə belə daxil oldu. Onun öz rolunu çox peşəkarcasına oynaması biz çox böyük dəstək oldu .


-Burak bəy, film izlənildi, bəyənilən bir filmdi. Siz ” Benim kardeşim -2” çəkməyi düşünürsünüzmü?
-Bunu bu dəqiqə söyləməyim doğru olmaz. Çünki , bu sizlərə bağlıdır. Əgər sizlər bəyənsəniz, istəsəniz biz çəkərik bizdə elə bir çətinlik yoxdur. Önəmli olan sizlərsiniz.


-Aslı xanım, rola necə hazırlaşdınız ,ümumiyyətlə bu proseslər necə gedirdi və siz həyatda da tez aşiq olan bir xanımsınızmı?
-Xeyr, heç də tez aşiq olan biri deyiləm. Rollara gəlincə isə ssenari mənə film çəkilişinə 5 gün qalmış gətirildi. Ondan sonra rejissorla görüşdüm və bu qısa müddətdə yetərincə yaxşı oynaya bilməyəcəyimdən qorxduğumu söylədim. Burak da Murad da o qədər dəstək oldular ki, və məni bu rolu oynamağa razı saldılar.Rolumu mənə elə gəlir ki, oynaya bilmişəm və çox xoşbəxtəm ki, bu filmə çəkilmişəm.


-Bu film çəkildikdən sonra nə hiss etdiniz və içinizdə bir boşluq oldumu?
-Nə gözəl bir sualdı? Bildiyiniz kimi bu film digər filmlərdən fərqli idi. Biz bu filmə ailə olaraq hazırlaşdıq. Əsas məqsəd orda olan enerjini tutmaq idi, onu bacardıq səhv etmirəmsə. Bu film bizə o qədər gözəl anlar yaşatdı ki, sizin dediyiniz o boşluq doldu sanki. Film bitdikdən sonra mən o günlər üçün çox darıxdım. İndi də bir yerə yığışanda o qədər əylənirik ki, bunu başa sala bilmirəm necə maraqlı olur.


-Qardaş ölkədən belə bir təklifin gələcəyini gözləyirdinizmi?
-Əlbətyə ki , qardaş ölkədən bu təklifi gözləyirdik. Çünki keçən il də gəldik və bu xoş izdihamı , sevgini gördük. İnanırıq ki , gələn dəfə də gəlsək bizi bu sevgi və hörmətlə qarşılayacaqlar.


-Aslı xanım, Azərbaycana ilk dəfədir gəlirsiniz . Şəhərimizi gəzdinizmi və bəyəndinizmi?
-Bəli gəzdim . Oteldən sonra şəhərin küçələrini gəzdim mən hər zaman memarlıq işlərini bəyənmişəm və Bakınında memarlıq əsərləri binalarda öz əksini gözəl tapmışdır.Çox bəyəndim gözəl şəhərdir.


-Hollivud rejissorlarında hansı ilə işləmək istərdiniz Aslı xanım ?
-Mən Leonardo De Caprioçuyam və onun filmində çəkilmək istərəm.

 


Sonda sualları cavablandıran qonaqlar istər fotoqraflara, istərsə də müxbirlərə təşəkkürlərini bildirdilər. Azpress.Az saytı bildirir ki, məhşur türk aktyoru Burak Özçıvit və Aslı Enveri hava limanından Hilton otelə və Nizami kino mərkəzində olan bütün foto çəkilişlər Yunus Emrə İnstitutu tərəfindən əməkdaşımız Azpress.Az saytının redaktor müavini foto-müxbir Rüstəm Fərman İsmayılova həvalə olunmuşdur. Bir sayt olaraq əməkdaşlarımızın uğuruna sevinir və onların həmişə ondə olmasını arzu edirik.


AZpress.AZ, Minə Türksoy.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !