Məzahir Süleymanzadə: - Keçmişəm ömrümün dörd limanından

Məzahir Süleymanzadə: Keçmişəm ömrümün dörd limanından

Mən bir tale yüklü köhnə gəmiyəm,
Büyüklü-kiçikli limanlarım var.
Mən gəmi olsam da insan kimiyəm,
Həzin arzularım,gümanlarım var.


Uzaq dənizlərdə gəzirəm hər gün,
Ləngər vura-vura üzürəm hər gün...
Fit verib yanımdan keçir gəmilər,
Sankı təyyarədir,uçur gəmilər...


Mən isə lap köhnə,bir paslı gəmi,
Arxaya baxmadan üzür, üzürəm...
Çoxdan unutmuşam kədəri,qəmi,
Allahım döz deyir, mən də dözürəm...


Tez-tez yada salıb ötən günləri,
Deyirəm bir daha dönmərəm geri...
Keçmişəm ömrümün dörd limanından,
Sevinc limanından,dərd limanından.


"Gənclik" limanımın sönüb işığı,
"Cavanlıq" - ömrümün yar - yaraşığı.
Yenicə çatdığəm liman - "Qocalıq",
İndi can atdığım liman - "Ucalıq"!.. 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !