Azərbaycanın teatr və kino aktyoru - Ələsgər Məmmədoğlunun doğum günüdür

Azərbaycanın teatr və kino aktyoru Ələsgər Məmmədoğlunun doğum günüdür

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002) Ələsgər Məmmədoğlunun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun.

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri),
Qazı ("Sizi deyib gəlmişəm" Anar),
Səfər ("Əliqulu evlənir" Sabit Rəhman),
Cəllad ("Maqbet" Uilyam Şekspir),
Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev),
Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil),
Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin),
Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə),
Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),
Səlim ("Aydın" Cəfər Cabbarlı),
Qasımlı ("Bu dünyanın adamları" Hidayət),
Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz),
Məzarçı ("Hamlet" Uilyam Şekspir),
Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev),
Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev),
Dilənçi ("Varlı qadın" Əli Əmirli),
Kürən ("Xəcalət" Hüseynbala Mirələmov)
Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov)
Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir.

2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir.Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır.Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi.Bir müddət müalicə almışdır.Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı.Edilən tibbi yardımlara baxmayaraq,bu istedadlı aktyor axşam saatlarında vəfat etdi.Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə "Qurd qapısı" qəbiristanlığında anasının yanında dəfn edilmişdir.

 

Filmoqrafiya
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)-alıcı
777 №-li iş (film, 1992)-Müştəri
Alma almaya bənzər (film, 1975)-doğum evində gözləyən adam
Axtaran tapar (film, 1980)-Satıcı
Bəyin oğurlanması (film, 1986)-Pirotexnik Ələsgər
Bir dəfə Qafqazda (film, 2007)- rüşvət verən
Bir nömrəli... (film, 1980)-Şəkil çəkdirən
Canavar balası (film, 1997)-Aşot
Evləri göydələn yar (film, 2010)- şair Dağlaraşarlı
Evləri köndələn yar (film, 1982)- şair Dağlaraşarlı
Güllələnmə təxirə salınır!... (film, 2003)-kisəçi
Xoşbəxtlik qayğıları (film, 1976)-Əlövsət
Kişiləri qoruyun (film, 2006)-Gülümsər
"Qayınana" əməliyyatı (film, 1999)-Xəfiyyə
Qarət (film, 1990)-Oğru
Qatarda (film, 1981)-Nar satan oğlan
Qəm pəncərəsi (film, 1986)-Kərbəlayi Zeynal
Qərib cinlər diyarında (film, 1977)-Cin Əsra
Qəribə adam (film, 1979)-Xalid
Qızıl uçurum (film, 1980)-Neftçi
Mehmanxana sahibəsi (film, 1978)-Nökər
Məhəllə (film, 2003)-Yol polisi işçisi
Məşədi İbad-94 (film, 2005)-Hambal
Milçək (film, 2006)-Xəzinədar
Min birinci söz (film, 1997) (titrlərdə yoxdur)
Musiqili xaş (film, 1984)-Məclisdəki adam
Ömrün səhifələri (film, 1974)-Ələsgər
Poliqlotlar (film, 1974)-Ələsgər müəllim
Sarıköynəklə Valehin Nağılı (film)-Musa
Şir evdən getdi (film, 1977)-Yanğınsöndürən
Tehran-43 (1981)
Topal Teymur (film, 1983)-Dəmirqaya
Toy (film, 2005)-Ələsgər əmi
Üzeyir ömrü (film, 1981)-Jurnalist
Vərdiş (film, 1988)-Ər
Yaramaz (film, 1988)-Ələsgərin işçisi
Yaşıl eynəkli adam (film, 1987)-milis bölməsi işçisi
Yaşıl eynəkli adam-2 (film, 1999)-polis bölməsi işçisi
Yol əhvalatı (film, 1980)-Aeroportdakı adam
Xoxan (film, 2015) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !