Emin Məmmədovun LovEmin adlı wedding foto sərgisi keçiriləcək -

Emin Məmmədovun “LovEmin” adlı wedding foto sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə peşəkar fotoqraf Emin Məmmədovun “LovEmin” adlı wedding foto sərgisi 12-13 fevral 2016-cil il tarixlərində Muzey Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq təşkil olunacaq “LovEmin” wedding foto sərgisi 14 fevral sevgililər gününə həsr olunub. Sərgi zamanı minlərlə cütlüklərin wedding fotolarını peşəkarcasına ərsəyə gətirən Emin Mammadovun “sadəcə sev” (simply Love) sloqanı altında 50 ədəd cütlüyün wedding fotoları sərgilənəcək.
Artıq sərginin hazırlıq işlərinə start verilib və Emin Məmmədovun rəsmi instagram səhifəsində (@eminmamedovphotographer) sərgidə fotoları nümayiş olunacaq cütlüklərin Love story şəkilləri arasında müsabiqə elan olunub. Müsabiqəyə gənc cütlüklərin marağı çox yüksək səviyyədədir. Müsabiqənin sonunda ən çox bəyəni toplamış gənc cütlüklər mükafatlandırılacaqlar.
Sərginin media tərəfdaşı Trend İnformasiya Agentliyi, Day.az, Milli.az
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !