MASALLIDA "İNTELLEKT BİLİK YARIŞI KEÇİRİLİB - MASALLIDA "İNTELLEKT BİLİK YARIŞI KEÇİRİLİB

MASALLIDA "İNTELLEKT BİLİK YARIŞI KEÇİRİLİB MASALLIDA "İNTELLEKT BİLİK YARIŞI KEÇİRİLİB

Bu gün fevralın 9-da Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 14-29 yaşlı gənclər və ümumtəhsil orta məktəblərinin IX- XI sinif şagirdləri arasında “İntellekt” bilik yarışı üzrə birincilik keçirilib.

Bu barədə AZpress.AZ - ın Masallı rayonunda yaşayan müxbiri Əlihüseyn ŞÜKÜROV xəbər verib. 

Tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış,tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.“İntellekt” oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.

Gərgin və maraqlı keçən İntellektual bilik yarışının yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yerə, Bədəlan kənd tam orta məktəbinin komandası II yerə, “Dəfinə” məktəb-liseyinin komandası isə III yerlərə layiq görülüblər.

Fəallığına görə isə Mahmudavar kənd tam orta məktəbin komandası diplomla təltif olunub.

Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif ediliblər.

 


AZpress.AZ -

MÜXBİR
Əlihüseyn ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !