İstək liseyi xarici universitetlərin sərgisini keçirəcək -

“İstək” liseyi xarici universitetlərin sərgisini keçirəcək

Azərbaycanın milli təhsil brendi “İstək” liseyi xarici universitetlərin sərgisini təşkil edəcək. 11 fevral tarixində həyata keçiriləcək sərginin məqsədi valideyn və şagirdlərin xarici ali təhsil müəssisələrinə qəbul ilə bağlı məlumatlılığını artırmaqdır.
Sərgidə Kolorado Dövlət Universiteti (Colorado State University), Ekster Universiteti (University of Exeter), Mançestr Universiteti (University of Manchester), Şimali Florida Universiteti (University of South Florida), Kraliçanın Belfast Universiteti (Queen’s University Belfast), London Dünya Təhsil Mərkəzi (London World Education Centre) kimi xarici təhsil müəssisələri təmsil olunacaq. “İstək” liseyinin beynəlxalq təhsil proqramları və bu proqramlardan yararlanma üsulları haqqında məlumat veriləcək.
Valideyn və şagirdlər http://expo.istek.edu.az ünvanında qeydiyyatdan keçməklə sərgidə iştirak etmək imkanı qazana bilərlər. Qeydiyyatdan keçmək üçün son müraciət tarixi 10 fevral tarixidir. Ətraflı məlumatı “İstək” liseyinin “facebook” səhifəsindən (www.facebook.com/istekliseyi) əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə “İstək” liseyinin məzunlarının 30%-i yüksək reytinqli xarici ali təhsil müəssisələrinə qəbul olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !