Gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçirilmişdir - FOTO ( YENİLƏNDİ)

Gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçirilmişdir FOTO ( YENİLƏNDİ)

6 fevral 2016-cı il tarixində gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçirilmişdir. Tədbir Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional Ofisi və Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Açılışda GTM-in rəhbəri Aygün Həsənzadə, Gəncə şəhər İcra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, ADMİU-nun müəllimi, sənətşünas və kurator Məhbarə Abbasova, Gəncə şəhər ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Süleymanlı çıxış edərək rəssama gələcək yaradıcılıq fəaliyyətində uğurlar və daha böyük nəiliyyətlər əldə etməsini arzu etmişlər. E.Cəfərov tədbirin ərsəyə gəlməsində köməyi olan hər kəsə öz təşəkkürünü bildirmiş və onun yaradıcılığı üçün stimul olduğunu söyləmişdir. Tədbirdə Gəncə şəhər ziyalıları, incəsənət sevənlər iştirak etmişlər.
Emalatxananın açılışı Elçin Cəfərovun çoxdanki ideyalarından biri idi. Sərgi rəssamın əsərlərini yaratdığı özünəməxsus, sirli dünyasının qapılarını tamaşaçılar üçün açmışdı. Sərgidə ümumilikdə 60-a yaxın əsər nümayiş etdirilir. Tamaşaçılar rəssamın fikirlərini reallaşdırmağa köməklik edən texnologiya və alətlərlə də tanışlıq imkanı əldə etdilər. Gəncədə ilk dəfə rəssamın emalatxanasında baş tutan sərgidə tamaşaçılar Elçin Cəfərovun bədii axtarış yolunu izləyə, müxtəlif janr və texnikalarda işlənmiş əsərlərlə tanış ola, eyni zamanda, səmimi abuhavada rəssamla ünsiyyət qura bilmişlər.

 

Fotolar Elvin Eldaroğlunundur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !