Məzahir Süleymanzadə : - ...bircə cümlə: "Məmməd Qədirin qədrini bilək!"

Məzahir Süleymanzadə : ...bircə cümlə: "Məmməd Qədirin qədrini bilək!"

 Ədəbiyyatda belə bir ifadə var: "Seçilmiş əsərlər". Sovet dövründən üzü bəri çox görkəmli şair və yazıçıların "Seçilmiş əsərləri" nəşr olunub. Mənə elə gəlir ki, əyalətdə yaşayıb - yaradan Məmməd Qədirin heç vaxt bu adda kitabı çıxmayacaq. Onun şeirlərini seçmək, bu yaxşıdır, bu zəifdir deyib çeşidləmək mümkün deyil. Məmməd Qədir indiyədək neçə şeir yazıb, bilmirəm. Bu şeirlərin ən azı üç yüzünü, beş yüzünü oxumuşam. Belə baxırsan, mövzu axtarmaq üçün dağa - daşa da düşmür. Hamının müraciət elədiyi əbədi mövzulardır...Sevgi, məhəbbət, həsrət, intizar, ana, vətən, təbiət...Bu mövzularda kim yazmayıb ki?.. Yazıblar, yaxşı da yazıblar. Amma Məmməd Qədir kimi yaza bilməyiblər...Mən onun heç üzünü də görməmişəm, heç vaxt onunla ünsiyyətdə olmamışam. Amma Məmməd Qədir yeganə şairdir ki, mən onun təkcə şeirlərini yox, həm də şeirlərinə yazılmış rəyləri də oxumuşam. Cəmi bircə dəfə də özüm rəy yazmışam. Özü də bircə cümlə: "Məmməd Qədirin qədrini bilək!" O zaman bundan artığını yaza bilməmişdim. Şair haqqında söz deyəndə gərək onun şeirlərindən misal göstərəsən, fikirlərini qiymətləndirəsən. Məmməd Qədiri tanımaq üçün heç onunla görüşmək də lazım deyil. Şeirləri onun qəlbinin güzgüsüdür. Adətən, yaxşı şairə söz sərrafı deyirlər, mən isə Məmməd Qədiri söz sərkərdəsi hesab edirəm. Bütün gözəl sözlər əskər kimi bu sərkərdənin qarşısında farağat dayanıb. Məmməd Qədir sözdən qorxmur, çəkinmir, əksinə, onu əzizləyir, saçını sığallayır, nazını çəkir, sonra da dilimizin bütün şirinliyini şeirlərinə hopdurur. Şairləri, yazıçıları bir - biri ilə müqayisə etmək doğru deyil, amma Məmməd Qədirlə bağlı müqayisədən də özümü saxlaya bilmədim. Siz heç Alim Qasımovun bir müğamı, bir mahnını eyni cür oxuduğunu görmüsünüzmü? Bu böyük sənətkar heç vaxt özü - özünü təkrarlamır. Məmməd Qədir də onun kimi...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist  

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !