Yeni kitablar: Yurdumun Ərənləri nin Masallıda təqdimatı - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yeni kitablar: “Yurdumun Ərənləri” nin Masallıda təqdimatı FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə region yeniyetmə və gəncləri arasında milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlık ruhunda tərbiyə olunmasını təbliğ edən “Uğrunda ölən varsa, Vətən var!” adlı layihə başa çatmışdır .

AZpress.AZ - ın Masallı rayonunda yerləşən müxbiri Əlihüseyn ŞÜKÜROV növbəti məktubunda yazır ki, layihə çərçivəsində “Yurdumun Ərənləri” kitabı nəşr olunub. Fevralın 4-də Masallı rayonunda kitabın geniş təqdimat mərasimi keçirilib. Tədbirdə rayon gəncləri, şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla şəhidləri anıblar. Daha sonra çıxış edən layihə rəhbəri Fariz Quliyev iştirakçılara kitab haqqında geniş məlumat verib. Müəllif qeyd edib ki, yaxın tarixlərdə şəhid olanlar haqqında məlumatlar ilk dəfə olaraq kitaba salınıb. Tədbirdə rayon ziyalıları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda iştirakçılara kitablar paylanıb.

 

AZpress.AZ -
MÜXBİR
Əlihüseyn Şükürov

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !