Mirsamir Məmmədov: - "Dövlət başçısının gənclərlə görüşündə səsləndirdiyi fikirlərə Əli Kərimlinin etiraz edərək işlətdiyi ifadələr bütünlüklə gülünc doğurur"

Mirsamir Məmmədov: "Dövlət başçısının gənclərlə görüşündə səsləndirdiyi fikirlərə Əli Kərimlinin etiraz edərək işlətdiyi ifadələr bütünlüklə gülünc doğurur"

Dövlət başçısının gənclərlə görüşündə səsləndirdiyi fikirlərə Əli Kərimlinin etiraz edərək işlətdiyi ifadələr bütünlüklə gülünc doğurur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə KKB Generalı deməklə hər halda özünün rus xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat yaratmaq planlarına xidmət etməsini pərdələməyə çalışdı. Bunu‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. Əli Kərimlinin fikirlərinə cavab olaraq politoloq əlavə edib ki‚ Ulu Öndər Heydər Əliyev əvvəla rəsmi dövlət məmuru olub və istər KKB-də işlədiyi zamanlarda‚ istər Mərkəzi Komitənin rəhbəri işlədiyi vaxtlarda‚ istərsə də Moskvadakı fəaliyyətləri dönəmlərində var qüvvəsilə Azərbaycançılıq uğruna çalışıb. İmperiya dövründə dövlət işlərində Heydər Əliyev kimi mötəbər bir şəxsin olması Azərbaycan üçün böyük maddi və mənəvi qazanc idi. Çünki Heydər Əliyev Sovet imperiyasının şovinist siyasətinin Azərbaycana olan dağıdıcı və məhvedici təsirlərinin qarşısında dayanmış bir sipər olub. Sovet hakimiyyəti dövründə Azərbaycan adının qorunması‚ Azərbaycançılıq ideyalarının və vətənpərvərlik dəyərlərinin qorunub saxlanması‚ Azərbaycanın qəddar sovet assimlyasiya siyasətindən xilas edilməsi Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Yəqinki Əli Kərimli və ətrafındakıların tarixdən xəbəri yoxdur və son dönəmlərin tarixindən bixəbər olması aydın görünür. Əks halda 1960-cı ildən 1990-cı ilə qədər tarixi dərindən bilən hər kəs Heydər Əliyevi tanımalı və onun xidmətlərini‚ böyüklüyünü şəksiz bilməlidir. Heydər Əliyev‚ Sovet dövrü xalq düşməni hesab edilən elm adamlarının‚ dövlət adamlarının bəraət almasına çalışmış‚ hətta Stalinin göstərişi ilə güllələnərək xalq düşməni adı verilən bir sıra Azərbaycan Generallarının adını əbədiləşdirməyə‚ onların fəaliyyəti haqqında məlumatların qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə çalışmışdır. Stalinin əmri ilə həbs edilən‚ daha sonra güllələnərək öldürülən və xalq düşməni elan edilən Cəmşid Xan Naxçıvanskinin adına 70-ci illərin əvvəllərində Bakıda Ali Hərbi Məktəb yaradılması və şəxsən açılışını özünün etməsi Ulu Öndərin Azərbaycan və Azərbaycançılıq uğruna çalışmasının göstəricisi və bilavasitə onun böyüklüyü idi. Kremlin xalq düşməni elan etdiyi şəxsin adını əbədiləşdirmək‚ xalq düşməni hesab edilən birinin adına hərbi məktəb açmaq və bu şəxsin igidliyindən‚vətənpərvərliyindən danışmaq böyük hünər və şücaət tələb edirdi. Söhbət Kommunist Partiyasının düşmən hesab etdiyi və xalq düşməni saydığı şəxsin adını əbədiləşdirməkdən və xalq qəhrəmanı kimi tanıdılmasından gedir. Partiyanın qərarlarına qarşı çıxmağın ölümlə nəticələndiyi bir zamanda Ulu Öndər Heydər Əliyev məhz Sovet maraqlarının əleyhinə addımlayaraq Azərbaycançılıq uğruna çalışmışdır. Heydər Əliyev Azərbaycan xalqına xidmət edərkən‚ Azərbaycançılıq uğruna həyatını risqlərə atıb fədakarlıq edərkən Əli Kərimlinin 5-10 yaşı olardı. Digər tərəfdən Əli Kərimli gizli şəkildə Sovet kəşfiyyatının Azərbaycanda təxribatçılıq əməllərində iştirak etdiyi zaman Heydər Əliyev açıq şəkildə Sovet rəhbərliyi əleyhinə hərəkət edirdi. Əli Kərimli və digərləri Bakı əhalisini meydanlara səsləyib 1990-cı ilin qanlı yanvarında rus tanklarının qarşısında qoyub meydandan qaçarkən Heydər Əliyev oğlu İlham Əliyevlə Moskvada Kremlin divarları önündə‚ Azərbaycanın daimi nümayəndəliyində dünyanın ən aparıcı onlarla Kütləvi İnformasiya Vasitələrinin qarşısında Sovet ordusunun Bakıdakı qanlı qırğınını bütün dünyaya çatdırdı və Kreml rəhbərliyini hərbi cinayətkar adlandırdı. Azərbaycanın informasiya blokadasına alınaraq səsinin boğulduğunda həmin blokadanı yarıb haqq səsini qaldıran və bütün dünyaya çatdıran Heydər Əliyev oldu. Hər halda SSRİ paytaxtında SSRİ rəhbərliyini bütün dünyaya hərbi cinayətkar kimi tanıtmağın nə qədər qorxunc həyati risq olduğunu hər kəs bilir. Əli Kərimli və digərləri meydanlardan qaçıb gizlənərkən Heydər Əliyev sinəsini Azərbaycan üçün sipər etdi. Azərbaycanın səsi boğulmuşdu‚ dünyanın Bakıdakı qırğından xəbəri yox idi və bu qanlı dəhşəti bütün dünyaya məhz Heydər Əliyev çatdırdı. Heç kimin cəsarət edə bilməyəcəyi addımı Heydər Əliyev atdı. Həmin mətbuat toplantısında Heydər Əliyevlə bərabər cənab İlham Əliyev də iştirak edib. Əli Kərimli Bakıda meydandan itdiyi zaman cənab İlham Əliyev Moskvada həyatını təhlükəyə ataraq Azərbaycan xalqının haqq səsinin müdafiəsində ləyaqətlə iştirak etmişdir. Əli Kərimli meydandan qaçarkən İlham Əliyev nəinki Bakıda‚ hətta Moskvada SSRİ əleyhinə‚ Azərbaycançılıq uğruna çalışmaqdaydı. Məhs bunun üçün cənab İlham Əliyevin o dövrün meydan fiqurlarına qarşı hər hansı ittihamı səsləndirməyə tərəddüdsüz haqqı çatır. Əli Kərimli bilməlidir ki‚ İlham Əliyevlə fərqi nələrdən ibarətdir. Mən ümumiyyətlə müqayisə etmirəm‚ çünki Əli Kərimli eyni zamanda Xarici Xüsusi Xidmət Orqanlarının da Azərbaycandakı fiqurlarındandır‚ belə bir şəxslə ölkə Başçısını müqayisə etmək olmaz. Cənab İlham Əliyevin gənclik illərindəki ictimai-siyasi fəaliyyətlərinə nəzər salmadan onun hal-hazırda ölkə naminə‚ xalq uğruna çalışmasına diqqət etmək hər şeyə yetərlidir. AXC hakimiyyətinin və Əli Kərimli kimilərinin səriştəsizliyi və bilavasitə öz maraqları uğruna ölkəni qırğına sürükləyərkən‚ xalqı məhvə və uçuruma apararkən bütün dəhşətlərin önünü kəsən‚ xalqı bütünlüklə xilas edən şəxs məhz Heydər Əliyev idi. Bu‚ o qədər də uzaq keçmişdə baş vermiş hadisə deyil‚ 20 il öncəni hər kəs xatırlayır. Bu günkü qüdrətli dövlətimizin‚ təhlükəsiz yaşam mühitinin səbəbkarı və memarı‚ mükəmməl dövlətçilik təcrübəsinə və ideyalarına sahib olan‚ xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Əli Kərimli hər nə qədər inkar etsə də‚ 1992-93-cü illərin dəhşətli günlərində AXC hakimiyyətində təmsil olunanlarla xalq arasında yaranan uçurumdan onları da xilas edən məhz Heydər Əliyev olub. Yaxşı olar ki‚ Əli Kərimli əvvəla 1992-93-cü illərə çevrilib baxsın və öz gənclik dövründən indiyə qədər həyatına nəzər salsın‚ Xocalı aeroportunun rəsi olmuş xalqımızın igid və qəhrəman oğlu Əlif Hacıyevi qatil və terrorçu adlandıran‚ Dağlıq Qarabağı erməni torpağı olaraq tanıyan ermənipərəst Çexiya təşkilatı olan PİN (People İn Need)-lə olan əməkdaşlığına baxsın‚ o zaman özünün kimliyini tanıyacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !