Qusarda əlil və gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub - FOTO

Qusarda əlil və gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub FOTO

Qusar Dövlət Rəsm Qalereyasında əlil və gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə “Əlil və gənc rəssamlar” Birliyinin üzvləri ilə yanaşı, qusarlı sənətkarların da əl işləri nümayiş etdirilib. Qalereyaya gələnlər 10 rəssamın “Oğuz elindən bu günə” mövzusunda çəkdiyi 20-dən çox rəsm əsəri ilə tanış olublar.

Açılış mərasimində “Əlil və gənc rəssamlar” Birliyinin sədri Şəmsəddin Əliyev çıxış edərək, sərginin əhəmiyyəti, nümayiş olunan əsərlər və müəllifləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Qusar Dövlət Rəsm Qalereyasının dəvəti ilə reallaşan sərginin təşkilində əsas məqsəd əlil və gənc rəssamların əsərlərini tanıtmaq, eyni zamanda, regionlarda olan belə istedadları üzə çıxarmaqdan ibarətdir.

Bundan əvvəl belə sərgilər Bakı və Gəncə şəhərlərində, eləcə də Samux, Neftçala rayonlarında təşkil edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !