Gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçiriləcəkdir -

Gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçiriləcəkdir

6 fevral 2016-cı il tarixdə saat 13:00-da gənc rəssam Elçin Cəfərovun emalatxanasının açılışı və fərdi sərgisi keçiriləcəkdir. Tədbir Gənclər üçün Təhsil Mərkəzi Gəncə regional Ofisi və Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Sizi Rəssamın emalatxanasındakı yaradıcılıq dünyasına və aləminə səyahət etməyə dəvət edirik. Emalatxananın açılışı Elçin Cəfərovun çoxdanki ideyalarından biridir. Sərgi rəssamın əsərlərini yaratdığı özünəməxsus, sirli dünyasının qapılarını tamaşaçılar üçün açır. Tamaşaçılar rəssamın fikirlərini reallaşdırmağa köməklik edən texnologiya və alətlərlə də tanış ola bilərlər. Gəncədə ilk dəfə rəssamın emalatxanasında baş tutacaq sərgidə Elçin Cəfərovun bədii axtarış yolunu izləyə, müxtəlif janr və texnikalarda işlənmiş əsərlərlə tanış ola, eyni zamanda, səmimi abuhavada rəssamla ünsiyyət qura bilərsiz.

Sənətsevər insanların hər biri sərgimizə dəvətlidir!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !