Məzahir Süleymanzadə: - "Hay ver mənə, cənab leytenant...

Məzahir Süleymanzadə: "Hay ver mənə, cənab leytenant...

Əlbəttə, kapitan, mayor, polkovnik, general...leytenantdan böyükdür. Amma mənimçün ən əziz, ən müqəddəs rütbə leytenant rütbəsidir. Şəhid zabitlərimizin çoxu leytenant kimi əbədiyyətə qovuşub. Leytenant poqonu gənc zabitlərimizin ilk sevgisi, məhəbbətidir. Ali Hərbi Məktəbləri bitirənlərə diplomla yanaşı leytenant rütbəsi də verilir. Leytenant - arzuların başlanğıcıdır. Onu bizə sevdirənlərdən biri də Şəmistan Əlizamanlıdır. Mən Şəmistanın poqonlarına fikir verməmişəm. Bir müddət Müdafiə Nazirliyində işləyib. Yəqin ki, vəzifəsinə uyğun rütbəsi də var. Ancaq mənim nəzərimdə o, leytenant kimi qalıb və həmişə belə qalacaq. Şəmistan canlı leytenant abidəsidir. Onu görən kimi istər - istəməz oxumağa başlayırıq: "Hay ver mənə, hay ver mənə, cənab leytenant...Xoş müjdəli bir sabahdan pay ver mənə, leytenant!.." Şəmistan uzun illərdir bu xoş müjdəli qələbə xəbərini xalqımıza çatdırmaq arzusu ilə yaşayır. Onun buna haqqı var. Mən heç Şəmistanı mülki geyimdə görməmişəm. O. səsi ilə, ifası ilə əskərlərimizi, zabitlərimizi, bizim hamımızı ruhlandırır. Tək "Cənab leytenant" deyil ki...Şəmistanın onlarca, yüzlərcə ruhumuzu oxşayan, bizi qələbəyə səsləyən mahnısı var. Şəmistanın ən müqəddəs səhnəsi səngərdir. O qədər gözəl oxuyur ki, heç düşmən də mahnı qurtarınca bəri tərəfə güllə atmır, sakitcə yerində dayanıb Şəmistanı dinləyir...Şəmistan Əlizamanlının mahnıları böyük bir ordunu səfərbər etmək qüdrətinə malikdir. Şəmistan yüz minlərlə vətənpərvər pərəstişkarının qəlbində öz heykəlini ucaldıb. Bir əlində qələm, mikrofon, o biri əlində odlu silah, əynində səhra geyimi, çiynində leytenant poqonu...
Bu gün bizim cənab leytenantın -- Şəmistan Əlizamanlının doğum günüdür. Neçə yaşı olduğunu bilmirəm, bunun fərqi də yoxdur, çünki, o, bizim gözümüzdə həmişə leytenant yaşındadır. Yaxın vaxtlarda Şəmistan haqqında yenə yazmaq fikrim var. Amma çox istərdim ki, onu xalqımıza Xalq artisti, Əməkdar jurnaliist kimi təqdim edim...

 

 


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !