Ötən əsrin 20-ci illərində buraxılmış Azərbaycan poçt markaları eBay da satışa çıxarılıb -

Ötən əsrin 20-ci illərində buraxılmış Azərbaycan poçt markaları “eBay”da satışa çıxarılıb

Ötən əsrin 20-ci illərində buraxılmış Azərbaycan poçt markaları “eBay”da satışa çıxarılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan poçt markalarının kataloquna daxil olan 3 növdə marka “eBay” internet mağazasında satışa çıxarılıb. Bu markalar 1920-1922-ci illərdə nəşr olunub. Həmin poçt markalarının satış qiyməti 50 ABŞ dolları təşkil edir.

Markaların nominal dəyəri dövriyyəyə buraxılan zaman müvafiq olaraq 5, 3 və 2 min rus rubluna bərabər olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !