Rənglərin arzusu sərgisində 300-dək rəngkarlıq işi nümayiş etdirilir -

“Rənglərin arzusu” sərgisində 300-dək rəngkarlıq işi nümayiş etdirilir

Sumqayıt Dövlət Rəsm Qalereyasında 2 Fevral - Gənclər Gününə həsr olunan “Rənglərin arzusu” adlı sərgi açılıb. Sərgi Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, “Nəqşi-cahan” Qalereyası, “Mina qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək”, “Məşəl Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” və “Qarabağ Əlilləri və Veteranları” ictimai birliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsində məqsəd istedadlı gənc rəssamlara dəstək olmaq və onların incəsənətə marağını daha da artırmaqdır.

Bir həftə davam edəcək sərgidə, ümumilikdə, 300-dək rəngkarlıq işi nümayiş etdirilir. Bu əsərlər arasında natürmort, mənzərə, portret və s. janrlar xüsusi yer tutur.

Açılış mərasimindən sonra sərgiyə baxış olub. Sərgidə iştirak edən gənclər fəxri fərman və hədiyyələrlə təltif ediliblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !