Beynəlxalq Muğam Mərkəzi Gəncliyin Səsi festivalına ev sahibliyi etdi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

Beynəlxalq Muğam Mərkəzi “Gəncliyin Səsi” festivalına ev sahibliyi etdi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov)

AZpress.AZ saytı bildirir ki, fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində 2 fevral -Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin səsi “ festivalının açılış mərasimi keçirilmişdir. Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılğı ilə gerçəkləşdi.
Tədbirdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev gəncləri Gənclər Günü münasibətilə təbrik etmiş, bu illər ərzində nazirliyin mədəniyyətimizə və turizmin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir. Nazir gənclərin fəallığını alqışlamış və onlara uğur arzulamışdır. Gənclərə hər zaman dəstək olacağını bəyan edən nazir sözü Azərbaycan Respublikası nın Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova vermişdir. İ.Kərimov da gəncləri təbrik etmiş və öz ətrafında toplanmış könüllü gənclərin əməksevərliyindən , onların dövlətimiz , xalqımız üçün fəxr olunmalı gənclər olduğunu söyləmişdir.
Rəsmi hissədən sonra gənc aşpazlar, qənnadçılar, barmenlər və bərbərlərin əl işləri təqdim olunub, ASAN könüllülərinin “Mədəniyyət mərkəzi”nin gənc üzvlərinin əl işlərinin sərgisi keçirilmişdir. Qara Qarayev adına İncəsənət məktəbinin simli , Musiqi Akademiyasının nəfəs alətləri kvinteti tədbirə xüsusi rəng qatırdı. Gənc rejissorun qısametrajlı filminin təqdimatı isə gənclər arasında maraqla qarşılanmışdır.
Gənclər Günü münasibətilə silsilə tədbirlər bir-birini əvəz edəcək. 2 Fevral Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, 3 Fevral M.F.Axundov adına Milli Kitabxanada və R.Behbudov adına Dövlət Mahnı Teatrında , 4 Fevral Gəncə şəhəri , Gəncə Dövlət Dram Teatrında , 5 Fevral Gəncə şəhəri , Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
AZpress.AZ , Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !