Natiq Aslan oğlu Fərzəliyevin doğum günüdür -

Natiq Aslan oğlu Fərzəliyevin doğum günüdür

Bu gün aktyor Natiq Aslan oğlu Fərzəliyevin doğum günüdür. Allah uzun ömür və can sağlığı versin.

Natiq Aslan oğlu Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.

Əsas rolları:
1. Siyasi fahişə - («Komendant saatının lətifələri», S.Manafov)
2. Holland - («Ox və hədəf», F.Aqamalıyev)
3. Aşpaz - («Qurbanəlibəy», C.Məmmədquluzadə)
4. Div - («Kosmosda görüş»)
5. Vyolanın qonağı - («Açar», İ.Məmmədli)
6. Div - («Məlikməmməd», xalq nağılı)
7. Bəstəçi - («Sevirəm səni Türkiyə», K.Abdulla)
8. Kor heykəltaraş - («Neron», M.Xubai)
9. Nağılçı - («Kim deyir ki, Simurq quşu varmış», K.Abdulla)
10. Dayı - («Mamay kişinin yuxuları», V.Səmədoğlu)
11. Təlxək-quyruq - («Sara xatun», N.Saraclı)
12. Meymun – («Hekayəti-xırs-Quldurbasan», M.F.Axundov)
13. Şirxan – («Tıq-tıq xanım», A.Şaiq)
14. Burqomister – («Şelkunçik», E.T.A.Hofman)
15. II Lord – («Yatmış gözəl» B.Marvin)
16. Səfərin oğlu – («Əcəl atı» V.Əlixanlı)
17. Poçtalyon Fətoş – («Buzovna kəndinin əhvalatları» Elçin)
18. Qulaməli – («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə)
19. Mkrtıç – («Hacı Qara» M.F.Axundzadə)
20. Çırtdan – («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev, N.Kazımov)
21. Polis – («Buratinonun macəraları» A.Tolstoy)

 

Filmoqrafiya
Bala-başa bəla! (film, 1995)
Yarımştat (film, 1996)
Yol yoldaşları (film, 2003)
Mükafat (film, 2004)
Kəndim+nizə qayıdın!? (film, 2007)
Komediya səhnəsi (veriliş, 2009) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !